Modern.az

Xətai Klinikası uroloqların pullarını vermir - QALMAQAL

Xətai Klinikası uroloqların pullarını vermir - QALMAQAL

Aktual

15 Aprel 2026, 13:47

Xətai Estetik Klinikası ilə bir qrup həkim arasında yaranmış çəkişmə 8 aydır davam edir.

Klinikadan pullarını ala bilməyən həkimlərin Modern.az-a verdikləri məlumata görə, söhbət 30 min manatadək vəsaitdən gedir.

Adı çəkilən tibb müəssisəsi ilə problem yaşayan həkimlər uroloqlardır. Altı uroloq 2025-ci ilin avqustundan bəri Xətai Klinikasında gördükləri işin müqabilində onlara çatacaq pulu ala bilmədiklərini deyirlər.

Həkimlərin sözlərinə görə, problemin həll olunması üçün klinikanın direktoru Fərid Əliyev bir neçə dəfə onlara söz verib vaxt istəsə də, yekunda nəticə hasil olmayıb.

Həkimlər bunu maliyyə özbaşınalığı hesab edirlər.

Tibb işçiləri məsələnin həlli üçün mübarizəni davam etdirəcəklərini söyləyiblər.

Xətai Klinikasından isə məsələyə dair açıqlama vermək istəmirlər ki, həkimlərə ödəniş ediləcək, ya yox...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi