Modern.az

“Euronews”: Azərbaycan WUF13 ilə qlobal şəhər dialoquna töhfə verir

“Euronews”: Azərbaycan WUF13 ilə qlobal şəhər dialoquna töhfə verir

Aktual

Bu gün, 11:20

"Euronews" Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlığını işıqlandıraraq, ölkənin bu platforma vasitəsilə insanyönümlü şəhər inkişafı yanaşmasını beynəlxalq auditoriyaya təqdim etdiyini vurğulayıb.

Modern.az xəbər verir ki, reportajda qeyd olunur ki, Ümumdünya Şəhərsalma Forumu 13 çərçivəsində təhlükəsizlik, müdafiə və inklüzivlik kimi prinsiplərin ön plana çıxarılması əsas məqsədlərdən biridir. Azərbaycan beynəlxalq tərəfdaşlıqlarda fəal iştirak etməklə qlobal dialoqun formalaşmasına töhfə verən ölkələrdən biri kimi təqdim olunur.

Materialda bildirilir ki, Azərbaycan UN-Habitat İcraiyyə Şurasının üzvüdür və hamı üçün əlçatan mənzil təminatı üzrə hökumətlərarası işçi qrupuna həmsədrlik edir. WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva bildirib ki, bu cür platformalar həm ölkə, həm də beynəlxalq ictimaiyyət üçün geniş əməkdaşlıq imkanları yaradır.

Reportajda vurğulanır ki, forumun keçirilməsi qlobal səviyyədə şəhərlərin üzləşdiyi ortaq problemlərlə bağlıdır. Sürətli urbanizasiya, mənzil sektoruna artan təzyiq, iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlı inkişaf məsələləri bu gündəliyin əsas istiqamətlərini təşkil edir.

Qeyd olunur ki, Azərbaycanın yanaşması “ağıllı” və insanyönümlü şəhər modellərinə əsaslanır. Ölkənin postmünaqişə dövründə şəhər infrastrukturunun bərpası və əhalinin geri qaytarılması sahəsində topladığı təcrübə də ön plana çəkilir.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə yaradılan dialoq platforması çərçivəsində müxtəlif çağırışlar müzakirə edilir və nəticələr əsasında dövlət və özəl sektor üçün öhdəliklər müəyyənləşdirilir.

UN-Habitat-ın Azərbaycandakı nümayəndəsi Anna Soave isə qeyd edib ki, forum qərarverici mexanizm deyil, daha çox bilik və təcrübə mübadiləsi platformasıdır. Onun sözlərinə görə, iştirakçılar bu cür tədbirlərdə digər ölkələrin təcrübəsindən yararlanmağa çalışırlar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!