Modern.az

Cənab Mamdani, siz Harbordu tanıyırsınız? - Nyu-York merinə Bakıdan açıq məktub

Cənab Mamdani, siz Harbordu tanıyırsınız? - Nyu-York merinə Bakıdan açıq məktub

Aktual

Bu gün, 11:35

Nyu-York  şəhərinin meri Zohran Mamdani, siz 1915-ci il hadisələri ilə bağlı paylaşımınızda Azərbaycanı və Türkiyəni 2020-ci ildə Qarabağın erməni əhalisinə hücumda və onları Qarabağdan qovmaqda ittiham etmisiniz. Siz bu hadisələri  “100 il əvvəl başlamış soyqırımı kampaniyasının davamı” adlandırmısınız.

Cənab Mamdani, siz müsəlman, türk, ərəb tarixindən xəbərsizniz!

Sizin Azərbaycan və Türkiyə haqqında yazdıqlarınız mənə bunu deməyə əsas verir.

Mən sizdən fərqli olaraq, Amerikanın qırmızıdərilərə qarşı etdiyi soyqıırımı tarixini gözəl bilirəm.

Azərbaycan tarixini oxusanız,  ortaq müsəlıman tarixinə nəzər salmaq istəsəniz, o zaman Azərbaycanın  və azərbaycanlıların, türklərin dünya tarixində etdikləri qəhrəmanlıqlardan, eyni zamanda öz doğma torpaqlarını və vətənlərini qorumaq üçün göstərdikləri fədakarlıq və şücaətlərdən xəbəriniz olardı. Yazıq o şəxsə ki, ittiham etdiyi, günahlandırdığı bir xalqın tarixini bilmədən, şayiələrə uyaraq danışır.

Mən sizə 1924-cü ildə Atatürklə görüşdükdən sonra, Amerikaya öz görüşləri barədə məlumat verən general Harbordun yazdıqlarından bir neçə sətri xatırlatmaq istəyirəm. General Harbordun hesabatı, Birinci Dünya Müharibəsindən sonra ABŞ Prezidenti Vudro Vilson tərəfindən Ermənistanla münasibətləri araşdırmaq üçün Yaxın Şərqə göndərilən komissiya tərəfindən hazırlanmış bir sənəddir.

General-mayor Ceyms Harbord araşdırmalarından sonra hazırladığı hesabatda aşağıdakıları bildirmişdi:

“Ermənilərin qırğına məruz qaldığı barədə iddiaları doğru deyil... Parisdən yola düşməzdən əvvəl Zaqafqaziyadan aldığımız teleqramlarda iddia edildiyi kimi, bütün səyahətimiz boyunca türklərin sərhədi keçib erməniləri qırmaq niyyətində olduqlarına dair heç bir əlamət görmədik”.


Siz Amerikanı özünüzə Vətən bilirsinizsə, o zaman heç olmazsa, ittihamınızı əsaslandırmaq üçün gərək ki,  general-mayor Harbordun Amerikanın arxiblərində saxlanılan o zamankı Prezident Vudro Vilsona yazdığı hesabatı dərindən öyrənəydiniz. Tarixi qarışdırmaq, əsassız iddialar etmək rep oxumaq qədər asan deyil.

Bir xalqın öz torpaqları uğrunda apardığı mübarizəni “soyqırımının davamı” adlandırmaq hansı vicdana, hansı məsləkə sığar?

Mən belə başa düşürəm ki, siz ermənilərin Amerikadakı “Daşnaksütyun” qalıqlarının və rus ordusunun köməkliyi ilə 1992-ci ildə bizim tarixi torpaqlarımız olan Qarabağda - Xocalıda törətdikləri soyqırımını saya salmırısınız.  Erməni separatçıları bizim xaqlqın nümayəndələrini öz tarixi və doğma torpaqlarından silah gücünə didərgin saldılar, onların mal-mülkünə sahib oldular. O zaman siz körpə idiniz. 1 yaş 8 aylıq idiniz. Sizin yaşınızda olan azərbaycanlı körpələri erməni daşnakları güllələyib qılıncdan keçirmiş, analarının döşünü kəsib zorlamışdılar.

Siz Nyu York şəhərinin meri seçiləndə “Quran”a əl basıb and içmisiniz. Siyasi fəaliyyətinizə nəzər salanda görürüəm ki, insanlarınpozulmuş haqları üçün bir çox kampaniyalarda iştirak etmisiniz? Bəs niyə bizim başımıza gələn faciələrə, əlimizdən zorla alınan torpaqlarımızda erməni gülləsi ilə həlak olan insanlara heç acımadınız? Budurmu sizin andınız, “Quran”ınız? Axı “Quran”da yazılır ki, məzlumun haqqını basmazlar. Bəs 30 il Qarabağda öz doğma yurlarından didərgin düşən azərbaycanlıların haqqını görməzdən gəlməyin Tanrı tərəfindən necə mükafatlanacağından xəbəriniz varmı?

Bu gün Amerika bir dövlət kimi Azərbaycanın yanındadır, Zəngəzur dəhlizinin açılmasında bizə yardımçı olur. Regiona bizim gətirdiyimiz sülhün tərəfdarıdır. Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının ABŞ-ın Ağ Evində imzalanması da sizə heç nə demir?

Bəzən belə də olur, siyasətçilər siyasi meydana qatıldıqdan, öz məqsədlərinə çatdırdan sonra verdilklər andı, sözü unudurlar. Siz də “Quran”a and içəndə əhalisinin 80 faizi müsəlman olan azərbaycanlıların haqqını unutdunuz.

Tanrı haqq divanında sizin kimi insanları bağışlamır!

Hörmətlə,

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri

Aida Eyvazlı GÖYTÜRK

Bakı, Azərbaycan,  26.04.2026-cı il

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək