Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

Aktual

Bu gün, 15:40

Aprelin 29-da Milli Məclisin inzibati binasında parlamentin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib.

Modern.az xəbər verir ki, deputat vətəndaşların müraciətlərini dinləyib.

Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

 

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu