Modern.az

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Aktual

29 Aprel 2026, 17:29

Prezident İlham Əliyev "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 30 dekabr 2022-ci il tarixli qanunun tətbiqi barədə 31 yanvar 2023-cü il tarixli fərmanında dəyişiklik edib.

Modern.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Dəyişikliklə, Səhiyyə Nazirliyinə maliyyə monitorinqi ilə bağlı məlumatları elektron qaydada sorğu əsasında almaq hüququ verilib.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ