İxracın təşviqi sahəsində funksional və maliyyə fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin artırılması təklif olunur.
Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ildəki fəaliyyətinə dair hesabatında qeyd edilib.
Palata ixracın təşviqi sahəsində funksional və maliyyə fəaliyyətinin səmərəliliyinin və nəticəliliyinin artırılması baxımından hüquqi mandatdan irəli gələn səlahiyyətlərə uyğun olaraq və mövcud dövlət proqramlarındakı aidiyyəti bəndlər nəzərə alınmaqla Strateji İnkişaf Planının, hər növbəti il üçün illik Əməliyyat Planının (kəmiyyət indikatorları üzrə), eləcə də monitorinq reqlamentinin hazırlanması (rəsmiləşdirilməsi) və tətbiq edilməsini vacib sayıb.