Modern.az

Partlayışda yaralanan onkoloq - ÖZƏL

Partlayışda yaralanan onkoloq - ÖZƏL

Aktual

Bu gün, 15:50

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə tibb müəssisəsinin Şua-diaqnostika şöbəsinin birinci mərtəbəsində baş verib. Partlayış zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya hospitalizasiya olunub. 

Qeyd edək ki, Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. O, 2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura, 2006-2008-ci illərdə isə kliniki ordinatura keçib.

2008-ci ildən etibarən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında radiasiya onkoloqu vəzifəsində çalışır. Həkim 2008–2012-ci illərdə Türkiyə və Rusiyada ixtisasartırma kurslarında iştirak edib.

Onun fəaliyyətinin əsas istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlər və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır. Asif Nəsirlinin 9 elmi nəşri çap olunub.

Məlumat üçün bildirək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbləri araşdırılır.

Modern.az xəsarət alan həkimin fotosunu təqdim edir:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu