Modern.az

Heydər Əliyev adına Təhsil Qrantı üzrə BMU-nun tələbələri təəssüratlarını bölüşüblər

Heydər Əliyev adına Təhsil Qrantı üzrə BMU-nun tələbələri təəssüratlarını bölüşüblər

Aktual

Bu gün, 14:10

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 34 əcnəbi tələbə Bakı Mühəndislik Universitetində (BMU) təhsil alır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq icra edilən proqram ölkənin ali təhsil sisteminin beynəlmiləlləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Modern.az xəbər verir ki, qrant proqramı çərçivəsində təhsil alan tələbələr müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edir, eyni zamanda ölkənin zəngin mədəni irsi və akademik mühiti ilə yaxından tanış olurlar. BMU-da yaradılmış müasir tədris infrastrukturu və beynəlxalq standartlara uyğun təhsil mühiti əcnəbi tələbələrin uğurlu akademik inkişafına geniş imkanlar açır. 

Proqram iştirakçıları universitetdə təşkil olunan tədris prosesi və yaradılmış şərait barədə təəssüratlarını bölüşüblər:

“Mənə yalnız təhsil almaq deyil, həm də yeni bir ölkə, yeni bir mədəniyyət kəşf etmək imkanı verdilər”

Mənim adım Janaina Cruzdur. Anqolanın Luanda şəhərindənəm. “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr tələbəsiyəm. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının təşkilatçılarına təşəkkür etmək istəyirəm, çünki onlar mənə yalnız təhsil almaq fürsəti deyil, həm də yeni bir ölkə və yeni bir mədəniyyət kəşf etmək imkanı verdilər. Bu təqaüd mənə çətinlik çəkmədən təhsil almağa, yaxşı insan kimi yetişməyə, həmçinin yeni bir mədəniyyət və yeni bir ölkə tanımağa kömək etdi.

“Bu qrant proqramı sayəsində Azərbaycanı ömürlük qəlbimdə daşıyacağam”

Hamıya salam, mənim adım Karan Shreesdir. Buraya çox gözəl bir ölkədən, Nepaldan gəlmişəm. Təhsil Qrantı proqramının qalibiyəm. “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıram. Bu təqaüd mənim üçün sadəcə bir qapı açmadı. Sanki mənə bütöv bir dünyanı verdilər. Buradakı səyahətimin mənə ən çox təsir edən məqamlarından biri Bakı Mühəndislik Universitetində ingilis dilini öyrənmək oldu. Müəllimlərimiz çox nəzakətli və yardımsevərdirlər; onlar hər an yaranan anlaşılmazlıqda bizə yol göstərməyə hazırdırlar. Mən nepallı bir gəncəm, lakin bu qrant sayəsində Azərbaycanı ömürlük qəlbimdə daşıyacağam.

“Azərbaycanda təhsil ala bilmək həqiqətən böyük bir fürsətdir”

Mənim adım Pemphero Mvansambodur. Malavidənəm. Bakı Mühəndislik Universitetində “İdarəetmədə informasiya sistemlərii” ixtisası üzrə magistr təhsili alıram.  “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının tələbəsiyəm və bura gəlmək, bu möhtəşəm ölkədə, Azərbaycanda təhsil ala bilmək həqiqətən böyük bir fürsətdir. Bu cəmiyyətin bir hissəsi olmaq, yeni şeylər öyrənmək, öyrəndiklərimi öz ölkəmə apararaq fayda vermək və vətənimin qüdrətli olmasını təmin etmək çox heyranedicidir. Mənə verilən bu imkan üçün təşəkkür edirəm.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə Paşinyandan bir