Modern.az

Avropalılar Ukrayna üzrə sülh danışıqları masasında olmalıdır

Avropalılar Ukrayna üzrə sülh danışıqları masasında olmalıdır

Aktual

5 İyun 2026, 15:46

Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibə ilə bağlı sülh prosesində Avropa ölkələrinin də iştirakının vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, jurnalistlərə açıqlamasında o, müəyyən mərhələdə avropalılar mütləq sülh planı üzrə danışıqlar masasına əyləşməli olduğunu bildirib.

“Çünki coğrafiyanı nəzərə alsaq, söhbət məhz avropalılar üçün sülh və təhlükəsizlik arxitekturasından gedir”, – deyə Makron qeyd edib.

Fransa lideri bunun Avropanın gələcək təhlükəsizlik sistemi və regional sabitlik baxımından mühüm məsələ olduğunu vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR