Azərbaycanın özəl səhiyyə sektorunun aparıcı qurumlarından biri olan Referans Medical Group-un yaranmasının 10-cu ildönümüdür. Bu əlamətdar yubiley münasibətilə Referans Medical Group-un rəhbərliyini, həkimlərini, tibb işçilərini və bütün kollektivini səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Referans Medical Group ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın səhiyyənin və tibb sahəsinin inkişafına göstərdikləri diqqət və qayğıdan, yaratdıqları əlverişli şəraitdən bəhrələnərək fəaliyyətini uğurla davam etdirir. Qurum eyni zamanda dövlət başçısının və Birinci vitse-prezidentin qarşıya qoyduqları strateji hədəflərin həyata keçirilməsinə, ölkəmizdə müasir və keyfiyyətli səhiyyə xidmətlərinin inkişafına öz töhfəsini verir.
Ötən on il ərzində Referans Medical Group ölkəmizdə səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına və müasir tibbi xidmətlərin əlçatanlığının artırılmasına mühüm töhfələr vermişdir. Peşəkar həkim kollektivi, müasir tibbi avadanlıqları və yüksək xidmət prinsipləri ilə Referans Medical Group Azərbaycan səhiyyəsinin inkişafında xüsusi yer tutmuşdur.
Referans Medical Group fəaliyyətə başladığı ilk gündən insan sağlamlığını ən ali dəyər kimi qəbul edərək minlərlə vətəndaşa keyfiyyətli tibbi xidmət göstərmiş, insanların etimadını qazanmışdır. Bu gün qurum paytaxtla yanaşı regionlarda da fəaliyyət göstərərək ölkənin müxtəlif bölgələrində yaşayan əhalinin müasir tibbi xidmətlərdən faydalanmasına geniş imkanlar yaratmışdır.Dünyanı sarsıdan COVID-19 pandemiyası dövründə Referans Medical Group ön sıralarda yer alaraq koronavirusla mübarizədə fəal iştirak etmiş, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm xidmətlər göstərmişdir. Pandemiya şəraitində tibb işçilərinin göstərdiyi fədakarlıq və peşəkarlıq cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatları dövründə də Referans Medical Group öz vətənpərvərlik mövqeyini nümayiş etdirmiş, yaralı hərbçilərin müalicəsi, tibbi dəstəyin təşkili və digər humanitar təşəbbüslərlə ölkəmizin yanında olmuşdur. Bu fəaliyyətlər qurumun yalnız tibbi xidmət göstərən müəssisə deyil, həm də milli və mənəvi dəyərlərə sadiq sosial məsuliyyət daşıyan bir təşkilat olduğunu bir daha sübut etmişdir. Bu gün Referans Medical Group Azərbaycanın ən böyük və ən nüfuzlu özəl tibb şəbəkələrindən biri kimi fəaliyyətini uğurla davam etdirir. Müxtəlif ixtisaslar üzrə peşəkar həkimlər, tibb bacıları və digər səhiyyə əməkdaşları əhalinin sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və müalicəsi istiqamətində yorulmadan çalışırlar. Qurumun uğurlarının əsas səbəblərindən biri yüksək peşəkarlıq, yeniliklərə açıqlıq və pasiyent məmnunluğunu fəaliyyətinin mərkəzində saxlamasıdır. Məhz bu prinsiplər Referans Medical Group-u ölkəmizdə səhiyyə sahəsində etibarlı ünvanlardan birinə çevirmişdir. Referans Medical Group ölkəmizdə keçirilən beynəlxalq yarışlarda, eləcə də Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirlərdə hər zaman yüksək səviyyəli və nümunəvi tibbi xidmət göstərmişdir. Bu baxımdan, qurum ölkəmizin səhiyyə sahəsində mühüm xidmətləri ilə seçilən aparıcı tibb müəssisələrindən biridir.
Referans Medical Group bu gün işğaldan azad olunmuş torpaqlarımızda da özəl səhiyyənin inkişafına mühüm töhfələr verir, yeni tibb müəssisələrinin və müasir sağlamlıq ocaqlarının yaradılmasında fəal iştirak edir. Bu fəaliyyət bölgələrimizin sosial inkişafına və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasına əhəmiyyətli dəstək göstərir.
Referans Medical Group ölkəmizdə səhiyyənin, tibbi elmin və tibbi xidmətlərin inkişafına mühüm töhfələr verir. Qurum həm yerli, həm də beynəlxalq əhəmiyyətli konfransların, elmi simpoziumların və digər peşəkar tədbirlərin təşkilatçısı və ya tərəfdaşı kimi çıxış edir. Bununla yanaşı, Referans Medical Group səhiyyə, təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən çoxsaylı sosial layihələrə dəstək göstərir, cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsinə öz töhfəsini verir. Həmçinin əhalinin həssas təbəqələrinə dəstək göstərilməsi, talassemiya və digər irsi qan xəstəlikləri ilə bağlı həyata keçirilən dövlət proqramları, şəhid ailələri və qazilərimizə yönəlmiş sosial layihələr, eləcə də vətənpərvərlik ruhunun təbliği məqsədilə keçirilən tədbirlərdə Referans Medical Group daim fəal iştirak etmiş, sosial məsuliyyət nümunəsi göstərən öncül tibb qurumlarından biri kimi çıxış etmişdir.
Sevindirici haldır ki, Referans Medical Group bu gün yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da fəaliyyətini genişləndirərək Azərbaycan səhiyyəsinin və tibbi xidmətlərinin beynəlxalq səviyyədə tanınmasına öz töhfəsini verir. Bu uğurlar Azərbaycanın özəl səhiyyə sektorunun inkişaf potensialını nümayiş etdirən mühüm göstəricilərdəndir.Referans Medical Group-un 10 illik yubileyi münasibətilə bir daha bütün kollektivi təbrik edir, qurumun rəhbərliyinə, həkimlərinə və əməkdaşlarına möhkəm can sağlığı, yeni nailiyyətlər, Azərbaycan səhiyyəsinin inkişafı naminə həyata keçirdikləri şərəfli fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.İnanırıq ki, Referans Medical Group bundan sonra da insan sağlamlığının keşiyində dayanaraq cəmiyyətimizə yüksək keyfiyyətli tibbi xidmət göstərmək missiyasını uğurla davam etdirsin.
Həbib Misirov
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri.