Modern.az

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzaladı

“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzaladı

Aktual

22 İyun 2026, 13:04

“Telecom Armenia” ASC ilə “Azertelecom” şirkəti iki ölkə ərazisindən kommersiya əsaslı internet tranzitinin ötürülməsi və təchizatını təmin edən ikitərəfli müqavilə imzalayıb.

Modern.az xəbər verir ki, müqaviləyə əsasən,“Azertelecom” öz infrastrukturundan istifadə etməklə Ermənistana internet tranziti təmin edəcək. Bununla da region ölkələri arasında beynəlxalq internet trafikinin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.

Sənədin əsas məqsədi regionda rabitə marşrutlarının şaxələndirilməsini təşviq etmək, telekommunikasiya şəbəkələrinin etibarlılığını artırmaq və sahə üzrə əməkdaşlığın inkişafına töhfə verməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi