Modern.az

Sərdar Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət etdi

Sərdar Berdiməhəmmədov Heydər Əliyevin məzarını ziyarət etdi

Aktual

22 İyun 2026, 13:16

Azərbaycandda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Modern.az xəbər verir ki, Türkmənistan Prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi