Modern.az

İcra başçısı Şorsuluda qəbul keçirib - FOTO

İcra başçısı Şorsuluda qəbul keçirib - FOTO

Aktual

23 İyun 2026, 13:30

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Şorsulu kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirib.

Modern.az xəbər verir ki, qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və təşkilatların rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.

Görüş zamanı sakinlərin təklif və müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Rüstəm Xəlilov vətəndaşların qaldırdıqları problemlərin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verib.

Araşdırma tələb edən məsələlərlə bağlı müvafiq göstərişlərin verildiyi bildirilib. Rayon icra hakimiyyətinin başçısı vətəndaş müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun və operativ baxılmasının vacibliyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi