Modern.az

Tatarıstanda matəm elan edildi: ölənlər var - YENİLƏNİB

Tatarıstanda matəm elan edildi: ölənlər var - YENİLƏNİB

Aktual

Bu gün, 11:39

Tatarıstanın Nijnekamsk şəhərinə edilən PUA hücumu nəticəsində 12 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Nijnekamsk şəhərinin meri Radmir Belyayev bildirib ki, kütləvi PUA hücumu həm sənaye, həm də mülki obyektlərə olub.

“İnterfaks”ın məlumatına əsasən, bazar ertəsi Tatarıstanın Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə PUA hücumu nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

Hücumun nəticələri ilə bağlı məlumatların dəqiqləşdirildiyi bildirilir.

***
Rusiyanın Tatarıstan Muxtar Respublikasında Nijnekamsk şəhərinin sənaye zonasına kütləvi PUA hücumundan sonra ölənlərin xatirəsinə matəm elan edilib.

Modern.az xəbər verir ki, qərarı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov qəbul edib. Bu barədə Nijnekamsk şəhərinin meri Radmir Belyayev məlumat yayıb.

Bundan əvvəl regionun hakimiyyət orqanları Nijnekamskda istehsalat müəssisələrinin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlayıb.

Hücum nəticəsində insanların öldüyü bildirilib, lakin ölənlərin dəqiq sayı açıqlanmayıb.

Bəzi Teleqram kanalları hücum nəticəsində 10 nəfərdən çox ölənin olduğu barədə məlumat yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı