Modern.az

Ermənistan parlamentində müxalifətçi deputat vitse-spiker seçildi

Ermənistan parlamentində müxalifətçi deputat vitse-spiker seçildi

Aktual

10 Avqust 2026, 12:32

Ermənistan parlamentində müxalifətçi “Güclü Ermənistan” blokunun deputatı Aram Vardevanyan gizli səsvermə ilə Milli Assambleyanın vitse-spikeri seçilib.

Modern.az xəbər verir ki, Vardevanyanın namizədliyi avqustun 10-da keçirilən parlament iclasında səsverməyə çıxarılıb.

Məlumata görə, müxalifət deputatları ilə yanaşı, hakim “Mülki müqavilə” partiyasından olan bir neçə deputat da Vardevanyanın namizədliyini dəstəkləyib.

Bildirilir ki, hakim partiya deputatlarının bu addımı Vardevanyanın seçilməsi üçün tələb olunan səs sayının təmin edilməsi məqsədi daşıyıb.

Nəticədə Aram Vardevanyanın namizədliyini 53 deputat yekdilliklə dəstəkləyib və o, Ermənistan parlamentinin vitse-spikeri seçilib.

Ötən həftə hakim "Vətəndaş müqaviləsi" fraksiyasının sədr müavinləri Hayk Koncoryan və Vahan Aleksanyan da paralmentə vitse-spiker seçiliblər.

Bir müddət əvvəl isə hakim partiyanın üzvü Ruben Rubinyan parlamentin spikeri olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlılara ŞOK ÇAĞIRIŞ - Rusiyaya getməyin, təhlükə var!