Modern.az

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Aktual

10 Avqust 2026, 15:08

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib