Modern.az

Tatarıstanda 7 Özbəkistan vətəndaşı da ölüb

Tatarıstanda 7 Özbəkistan vətəndaşı da ölüb

Aktual

Bu gün, 15:50

Tatarıstanın Nijnekamsk şəhərinə PUA hücumu nəticəsində 13 nəfər ölüb, onların arasında 7 Özbəkistan vətəndaşı və bir uşaq da var.

Modern.az xəbər verir ki, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Omonulla Fayziyev “RİA Novosti”yə açıqlamasında bildirib.

Daha əvvəl Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti bazar ertəsi səhər saatlarında Nijnekamskın Ukrayna PUA-larının hücumuna məruz qaldığını açıqlayıb.

Hücumun həm istehsalat, həm də mülki obyektlərə həyata keçirildiyi bildirilib.

Son məlumatlara görə, hadisə nəticəsində 13 nəfər ölüb, onların arasında bir uşaq da var. Daha 75 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 21-i xəstəxanaya yerləşdirilib.

Tatarıstanda hadisə ilə əlaqədar matəm elan edilib. Rusiya İstintaq Komitəsi isə terror aktı ilə bağlı cinayət işi açıb.

Tatarıstan rəhbərinin mətbuat xidməti daha sonra ölənlər arasında Özbəkistan və Tacikistan vətəndaşlarının da olduğunu açıqlayıb.

 

Sizə yeni x var
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar