Modern.az

"“Artsax"ın mədəniyyət adı ilə təqdim edilməsinə "mədəni diplomatiya" demək olmaz” - Deputat

"“Artsax"ın mədəniyyət adı ilə təqdim edilməsinə "mədəni diplomatiya" demək olmaz” - Deputat

Aktual

Bu gün, 12:56

Ermənistanın “Artsax” mövzusunu əvvəlki siyasi ritorikadan fərqli olaraq, mədəniyyət, folklor və tarixi irs kimi təqdimatlarla beynəlxalq platformalarda gündəmdə saxlamağa çalışması diqqət çəkir. Vyanada keçiriləcək beynəlxalq festivalda “Artsax” adına bağlı kollektivlərin iştirakı da bu yanaşmanın növbəti nümunəsi kimi görünür.

Maraqlıdır, Ermənistanın “mədəni diplomatiya” adı altında həyata keçirdiyi bu cür təşəbbüslər “Artsax” məsələsini beynəlxalq informasiya məkanında qoruyub saxlamaq və bu mövzu ətrafında müəyyən təsəvvür formalaşdırmaq strategiyasının tərkib hissəsidir?

Belə addımların Azərbaycan-Ermənistan sülh prosesinə və regionda formalaşan yeni siyasi reallıqlara təsirini necə qiymətləndirirsiniz?

Modern.az xəbər verir ki, mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev açıqlama verib. 

Deputat qeyd edib ki, Ermənilər “ Artsax” adı ilə istənilən manipulyasiyanı edə bilərlər və edirlər:

"Əslində bu millətin adından tutmuş adət-ənənələrinə, musiqi və incəsənətinə, tarixinə və coğrafiyasına qədər erməni identikliyini ifadə edən anlayışların çoxu elə bu cür süni yollarla yaradılıb. Etnik tayfa adı “hay” olmasına baxmayaraq onlar özlərini “erməni” adlandırırlar. Haqqında heç bir dəlil- sübut olmadan öz mənşəyini qədim dünyanın Urartu dövləti ilə bağlamağa çalışırlar. 

Onlar yaşadıqları ərazilərdə yerli avtoxton xalqların mədəniyyətindən qəbul edib mənimsədikləri sənət, mətbəx və digər mədəniyyət nümunələrini özününküləşdirərək təqdim edirlər və tez-tez dünyanın çox fərqli məkanlarında “erməni artefaktları” tapırlar. Və nəhayət, onlar qədim Misir fironlarından tutmuş Yuri Qaqarinə qədər dünya tarixində adı çəkilən bir çox şəxslərin və hətta İisus Xristosun da erməni olduğunu iddia edirlər. 

Nə qədər absurd görünsə də Rusiya universitetlərindən birində çalışan bir erməni dosent öz kitabında Yer Planetinə ilk insanların Sirius ekzo- planetindən uçub gəldiyini iddia edir. Daha absurd olan isə odur ki, erməni alim həmin ilk insanların da erməni olduğuna əmindir. Bütün bunlar çox geniş və hətta sonsuz erməni təxəyyülünün yalnız bir neçə nümunəsidir".

Millət vəkili vurğulayıb ki, “Artsax” da ermənilər üçün öz “qədimliyini” özlərinə təlqin etmək üçün uydurduqları yeni bir mifdir:

"Mifik çarlar, döyüşlər, şəhərlər və qələbələrin isə sayı- hesabı yoxdur. Bütün bunlar özünü “erməni” adlandıran etnosa nə qazandırıb? Bu əlbəttə ritorik sualdır. Təbii ki, heç nə. Əksinə tarixin bütün dövrlərində, özündən güclü toplumlara nökərçilik və vassallıq, digər millətlərə qarşı gizlində hazırlanan xəyanətlər, yalan üzərində irəli sürülən əsassız iddialar onlara bütün dünyanı dizin- dizin süründürüb və planetin hər yerinə səpələyib.

 Bütün bunların üzərinə “Artsax” adlı bir mif də əlavə etmək ermənilərin gələcəyində heç nəyi dəyişməyəcək. Buna “mədəni diplomatiya” da demək olmaz. Bu mədəniyyətsizliyin doğurduğu erməni hiyləgərliyi, saxtakarlığı və ikiüzlülüyüdür. “Artsax” sözü beynəlxalq informaiya məkanı üçün də heç bir əhəmiyyət kəsb etmir, çünki rəsmi mənbələrdə belə bir yer adı da yoxdur və bu beynəlxalq auditoriya üçün heç nə ifadə etmir.

Belə addımlar Azərbaycan - Ermənistan münasibətlərinin tənzimlənməsinə də xələl gətirə bilməz. Regionda formalaşan yeni reaallığın məzmunu obyektiv gerşəklikdir və bunu bütün dünya, o cümlədən Ermənistan dövləti də qəbul edib. “Artsax” isə heç Ermənistan dövlətinin də qəbul etmədiyi və tanımadığı sonuncu erməni mifidir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xətai davası dayanmır, Elçibəyə ittihamlar - Ölkədə nə baş verir?