Modern.az

Usta işlədiyi mənzildən 10 min manatlıq qızıl oğurladı

Usta işlədiyi mənzildən 10 min manatlıq qızıl oğurladı

Aktual

11 Avqust 2026, 15:35

Suraxanı rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Modern.az DİN-ə istinadən xəbər verir ki, rayon sakinlərindən biri polisə müraciət edərək evindən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı V.Məmmədov saxlanılıb. O, hadisəni usta kimi işlədiyi evdə törədib.

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib