Modern.az

Rüstəm Xəlilov Dağüstü yaşayış sahəsində sakinlərlə görüşdü - FOTO

Rüstəm Xəlilov Dağüstü yaşayış sahəsində sakinlərlə görüşdü - FOTO

Aktual

Bu gün, 17:06

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov avqust ayının 12-də vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Dağüstü yaşayış sahəsində sakinlərlə səyyar qəbul keçirib.

Modern.az xəbər verir ki, keçirilən səyyar qəbulda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı Rüstəm Xəlilov Dövlət başçısının imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində bölgələrin sürətli sosial-iqtisadi inkişafına nail olunmasının vaciliyini vurğulayıb.

Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərlər etməsini, əhalinin problemləri ilə maraqlanmasını regionların sürətli inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi olması barədə  kənd sakinlərinə ətraflı məlumat verib. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların qaldırdıqları məsələləri diqqətlə dinləyərək onların həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürülməsi tapşırılıb.

Rüstəm Xəlilov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdən biridir və hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun, obyektiv və şəffaf şəkildə araşdırılır. Bildirilib ki, nəzarətə götürülmüş müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcəkdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!