Modern.az

Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı

Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı

Aktual

Bu gün, 14:46

“Səfəvi və ya Şah İsmayıl mövzusunda Fazil Qəzənfəroğluna cavab vermək, onunla distansion polemikaya girmək imkanım var və ehtimal ki, bu imkandan da istifadə edəcəyəm. İndiki qeyddə məqsədim onun mənim fikirlərimlə bağlı yazdığında 2, bəlkə də 3 təhqirli məqamı görüb cavab verməyimdir”.

Bu fikirləri Modern.az-a siyasi şərhçi Mübariz Əhmədoğlu Milli Məclisin deputatı Fazil Mustafanın ona ünvanlanmış ittihamlarına cavab olaraq bildirib.

M.Əhmədoğlu Fazil Mustafanın səhv yolda olduğunu vurğulayıb:

“Əvvəla görünür, Fazil Qəzənfəroğlu səhv yolda olduğuna görə ona təzyiqlər çoxdur və bu təzyiqlərin qarşısında bəlkə də müəyyən qədər psixologiyasını idarə edə bilmir. Mən məzhəbçi zehniyyət sahibi deyiləm, azərbaycanlıyam. Fazil Qəzənfəroğludan da əvvəl xalq hərəkatındayam və mənimlə xalq hərəkatında olanlar mənim üçün həyatda ən birinci Azərbaycançılıq olduğunu bilirlər. Bu barədə 25-30 yaşlı yazılarım var. Dövrünün ən populyar mətbu orqanlarında çap olunub.

İkincisi, təriqətçiliyə qarşı mübarizə aparmaq “Don Kixotun yel dəyirmanı ilə mübarizə aparması” kimidir. Çox təəssüf ki, Fazil Qəzənfəroğlu “intellekti”nin geri qalmışlığının hesabına bu işlə məşğuldur. Dünyada heç bir tək Allahçı din bir təriqət və məzhəbdən ibarət deyil. Əslində, təriqətçilik, məzhəbçilik bütün tək Allahçı dinlərin zatındadır. Allahın yeni din yaradacağı, Peyğəmbər göndərəcəyi bizim bildiyimiz mövzu deyil. Şəxsən belə düşünürəm.

Üçüncüsü, Fazil Qəzənfəroğlu namus mövzusundan danışır. Əlbəttə, “milli namus”, “dövlət namusu” terminindən istifadə edə bilərdi. Namussuzluq geniş anlamdadır. Bu mövzuda ona əlavə öyrənmək lazımdır. İranla əlaqəli bəzi mövzuları da namussuzluqla paralel işlədir. Düşüncəmə görə, Azərbaycanda olan 3-4 İran fanatının Fazil Qəzənfəroğluna qarşı hücumu həmin şəxslərin özfəaliyyəti idi”.

M.Əhmədoğlu deyib ki, o, Azərbaycanda İran siyasətini, mətbuatını diqqətlə izləyən adamlardan biridir.

“Bəzi faktları xatırlatmaq istəmirəm. Hesab edin ki, Fazil Qəzənfəroğlu bəlkə də müəyyən qədər görüb, hiss edib. 25 ildir hər gün icmal hazırlayıram. Onun İran mətbuatında çıxışını, İranla əlaqələrini də çox yaxşı bilən adamlardanam”.

Politoloq deputata sərt mesaj göndərib: “Fazil Qəzənfəroğlu kiminlə danışdığını bilsin və sözlərini geri götürsün".

M.Əhmədoğlu Fazil Mustafanın onun ailəsini məsələyə qatmasına etiraz edib:

"Şəxsi planda 4 övladım var, yoldaşım evdar qadındır. Övladlarımın dördü də xaricdə təhsil alıb və bu, mənim və həyat yoldaşımın xidmətidir.

Fazil Qəzənfəroğlunun yalnız xalq hərəkatında, xüsusilə özünün etdiyi pisliklər, satqınlıqlarda, Əbülfəz Elçibəydən sonra Əli Kərimliyə və adları qeyd edilməyən yoldaşlarına etdiyi xəyanətləri Azərbaycanda bilməyən yoxdur.

Arzumdur ki, Fazil Qəzənfəroğlu mənimlə bağlı yazdıqlarına bir də qayıtsın. Tövsiyə edirəm ki, geri qayıtsın. Fazil Qəzənfəroğluna Azərbaycanda gülənçi mövzusunun baş qaldırdığı dövrdə o mövzuya qayıtmasında ona bu sifarişi, əmri verən, böyüyü - Gülənçiliyin baş direktoru ilə məsləhətləşməyi tövsiyə edirəm. Mən Fazil Qəzənfəroğlu və onun böyüyü ilə də polemikaya hazıram...

Fazil Qəzənfəroğlu siyasətə necə gəlməsini yada salsın. Vaxtilə Ramiz Mehdiyevin onun həyatında oynadığı rolu oynayan şəxs indi də var. Onunla məsləhətləşməyi tövsiyə edirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə görə ARA QARIŞDI - Rusiyaya sərt etirazlar