Türkiyədə ağır cinayət törətməkdə təqsirləndirilərək barəsində həbs qərarı çıxarılan və beynəlxalq axtarışda olan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə aparılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əməliyyat Türkiyə Təhlükəsizlik Baş İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluğun koordinasiyası, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan polisi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Türkiyə Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatlar zamanı iş yerlərinin güllələnməsi və iş adamlarından hədə-qorxu ilə pul tələb etməklə qarətə cəhd kimi cinayətlərdə iştirak edən, hazırda bu cinayətlərə görə həbsdə saxlanılan yeni nəsil cinayətkar qruplaşmaların üzvləri ilə əlaqəli olduğu müəyyən edilən Ö.A.K. adlı şəxsin izi müəyyənləşdirilib.
Qəsdən adam öldürmə, istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə etmə, habelə iki ayrı epizod üzrə lisenziyasız odlu silah və sursat alma və ya daşıma ittihamları ilə barəsində axtarış qərarı olan Ö.A.K. Bakıda saxlanılaraq Türkiyəyə gətirilib.
Nazirlik bildirib ki, mütəşəkkil cinayət qruplaşmaları və şəhər quldurları ilə mübarizə həm ölkə daxilində, həm də sərhədlərdən kənarda qətiyyətlə davam etdirilir.
Açıqlamada əməliyyatda iştirak edən polis əməkdaşlarına, Türkiyə Daxili İşlər Nazirliyinin KOM İdarəsinə və İstanbul Emniyet Müdürlüğünə, həmçinin Azərbaycan Polisinə təşəkkür bildirilib.
Yeni nesil suç örgütleriyle mücadelemize kararlılıkla devam ediyoruz.
— T.C. İçişleri Bakanlığı (@TC_icisleri) August 15, 2026
Emniyet Genel Müdürlüğü KOM Başkanlığı ve Cumhuriyet Başsavcılıkları koordinesinde İstanbul Emniyet Müdürlüğü Organize Suçlarla Mücadele Şube Müdürlüğü ve Azerbaycan Polisi iş birliğiyle yürütülen ortak… pic.twitter.com/hDLojvrkEf