Modern.az

Türkiyədə meşə YANIR: 7 təyyarə və 16 helikopter cəlb olundu - VİDEO

Türkiyədə meşə YANIR: 7 təyyarə və 16 helikopter cəlb olundu - VİDEO

Aktual

15 Avqust 2026, 21:02

Türkiyənin cənub-qərbində yerləşən Muğla vilayətində genişmiqyaslı meşə yanğını baş verib.

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə 7 təyyarə, 16 helikopter, 21 yanğınsöndürən maşın, 6 su çəni, 2 buldozer və Meşə Təsərrüfatı Regional İdarəsinin 178 əməkdaşı cəlb olunub.

Hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)