Modern.az

Azərbaycan rusiyalı turistlərin ən çox seçdiyi istiqamətlər SIRASINDA

Azərbaycan rusiyalı turistlərin ən çox seçdiyi istiqamətlər SIRASINDA

Aktual

15 Avqust 2026, 23:01

2026-cı ilin payız ayları üçün Azərbaycandakı otellərə bronların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb.

Modern.az-ın məlumatına görə, bu barədə "OneTwoTrip"in (Rusiyada istifadə olunan onlayn səyahət və turizm platforması - red.) hesabatında qeyd edilib.

Azərbaycan rusiyalı turistlər arasında tələbatın ən çox artdığı xarici istiqamətlərin ilk beşliyinə daxil olub. Bu göstərici yalnız Yunanıstanda (+109%), Kiprdə (+100%), Serbiyada (+75%) və Türkiyədə (+60%) daha yüksəkdir.

Xidmətin məlumatına əsasən, turistlər getdikcə daha münasib qiymətə yaşayış və viza şərtləri daha sadə olan istiqamətlərə üstünlük verirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama