Modern.az

Sağlamlığınız üçün bu balıqları yeyin - Mütəxəssisdən TÖVSİYƏ

Sağlamlığınız üçün bu balıqları yeyin - Mütəxəssisdən TÖVSİYƏ

Aktual

Bu gün, 00:58

Omega-3 yağ turşularının ən zəngin mənbəyi olan balıq növləri açıqlanıb.

Modern.az xəbər verir ki, kanadalı dietoloq və idman qidalanması üzrə mütəxəssis, Beynəlxalq Olimpiya Komitəsinin idman qidalanması üzrə eksperti Angel Lyuk orqanizm üçün faydalı maddələrlə zəngin iki balıq növünü xüsusi qeyd edib.

Məlum olub ki, ən çox omega-3 yağ turşusu siyənək və qızılbalıqda olur. Mütəxəssisin sözlərinə görə, bu balıqların qida rasionuna daxil edilməsi bir sıra təhlükəli xəstəliklərin yaranması riskini azaltmağa kömək edə bilər. Belə ki, 100 qram bişmiş siyənək və qızılbalığın tərkibində təxminən 2150 mq omega-3 var.

 

Onların tərkibində eykosapentaen (EPA) və dokozahesaen (DHA) turşuları mövcuddur. Dietoloq bildirib ki, bu maddələr periferik arteriya xəstəlikləri və bəzi ürək-damar fəsadlarının riskinin azalması ilə əlaqələndirilir.

Omega-3 yağ turşuları qanda trigliseridlərin səviyyəsini aşağı sala, iltihabi prosesləri zəiflədə, arterial təzyiqi sabitləşdirə, qan laxtalarının yaranmasının qarşısını ala və damarların elastikliyini qorumağa kömək edə bilər.

Ekspert həmçinin omega-3-ün hamiləlik dövründə körpənin beyin və görmə qabiliyyətinin inkişafı üçün vacib olduğunu vurğulayıb.

Nutrisioloq menyuya sardina və skumbriyanı da əlavə etməyi tövsiyə edib. Bu balıqlarda qızılbalıq və siyənəklə müqayisədə faydalı maddələrin miqdarı bir qədər az olsa da, onlar da orqanizm üçün zəruri yağ turşularının yaxşı mənbəyidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama