Modern.az

İnsanlıq öldü, uşaqlar ölməsin!

İnsanlıq öldü, uşaqlar ölməsin!

Aktual

21 May 2015, 16:55

Ömər, Fərəh, Ayxan, Ayan... Gülən üzlərindən geriyə qalan bir rəsm... Kiçik əlləri, ayaqıarı, o gözəl üzləri yandı... Onlar qucaqda gəzərkən çiyinlərdə daşındılar... məzara.

Onların rəsmlərinə baxıram. Üzləri sevgini, umudu anlatır... Yaşadıqları ölkənin başqa bir üzündən xəbərləri yoxdu. Məsuliyyətsiz  “əmi”lərdən, pulgir “dayı”lardan xəbərsiz gülümsəyirlər...

Amma o dəhşətli gün o gözəl gözlər qorxudan böyüdü, o kiçik topuş əllər qorxudan əsdi. Hər zaman gücünə güvəndikləri ata-ana çarəsizdi. Bərabər ölümü gözlədilər. Yandılar, kül oldular... Övladımızın barmağı yananda canımız yanır, yüz dəfə öpürük, agrısı keçsin deyə, canımızdan can gedir.

Bu körpə fudanların canı yandı, kül oldu...


Bu mənzərəni heç vaxt unutmayacam. 3 yaşlı körpə qızcıgaz bəyaz kəfəndə. Atası çarəsizlikdən yıxılmışdı. Kürəyində bəyaza bükülmüş övladı torpaga verməyə gedirdi. Parçalanmış bir ata ürəyi, xəstəxanada can çəkişən ana, çiyinlərdə kiçik ölü bir bədən... Son yolculuguna gedir... Bir daha gülməycək, ağlamayacaq, oyuncaqlarıyla oynamayacaq,  böyüməyəcək, sevməyəcək, nifrət etməyəcək! Kiçik bir yavru...

Rəsmə baxıram uzun uzadı... Ata və övladı... Ata onu torpaq damlı kiçik evinə götürür. Kül olmuş evindən, kül olmuş övladını acısı ilə sırtında daşıdı və məzara qoydu... Ata da öldü əslində, ruhu öldü, beyni öldü, yaşama sevinci öldü. Ümidi öldü!

Ümidlərimizin içində uşaqlarımız var. Böyüsünlər, məktəbə getsinlər, ali məktəb oxusunlar, peşə sahibi olsunlar. O ölən uşaqların ata, anasının ümidləri dəfn olundu. Ən son ölən ümidi torpağa gömdülər. Geriyə nə qaldı? Çarəsizlik...

İnsanlıq öldü... Ey insanlıq, vicdanınızı başqasının puluna peşkəş etməyin! Yoxsa uşaqlar ölür! Uşaqlar ölməsin! Yetər artıq! Siz ölməyin minik yavrular, mən sizin yerinizə min dəfə ölərəm...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı