Modern.az

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşüb - FOTOLAR

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşüb - FOTOLAR

Aktual

Bu gün, 10:16

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 67 saylı Sabirabad Seçki Dairəsi üzrə Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Sabirabad rayonunda seçiciləri ilə görüşüb, onların müraciətlərini dinləyib.

Modern.az xəbər verir ki, deputat seçiciləri fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb. 67 saylı Sabirabad Seçki Dairəsinin seçiciləri deputat Əhliman Əmiraslanova seçicilərin problemlərinin həll olunmasında köməkliyinə, o cümlədən rayonun sosial və infrastruktur probləmlərinin həllində yaxından iştirakına, xüsusilə, kənd  yollarının təmiri və asfaltlanmasının dövlət proqramına daxil edilməsi və icrasının surətləndirilməsi təşəbbüslərinə görə təşəkkür etdilər.

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşdü - FOTOLAR

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşdü - FOTOLAR

Əhliman Əmiraslanov Sabirabadda seçiciləri ilə görüşdü - FOTOLAR

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab