Modern.az

Paşinyan: Ermənistanda Rusiya qazı ucuz deyil

Paşinyan: Ermənistanda Rusiya qazı ucuz deyil

Aktual

Bu gün, 13:34

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinə Rusiyadan tədarük olunan qazın ucuz olmadığını bildirib. O, enerji sahəsində də mənbələrin şaxələndirilməsi siyasətinin davam etdiriləcəyini açıqlayıb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə ölkəyə Rusiyadan tədarük edilən yanacağın qiymətini şərh edərkən danışıb.

“Ermənistanda qaz ucuz deyil. Elə bir sahə yoxdur ki, orada şaxələndirmə yolu ilə getməyək. Biz müstəqilliyimizi möhkəmləndirəcək və dövlətçiliyimizi inkişaf etdirəcəyik”, – baş nazir deyib.

Paşinyan qiymətlərin artırılması ehtimalına da toxunub. Onun sözlərinə görə, konkret vəziyyətlər konkret qərarların qəbulunu tələb edə bilər:

“Qiymətlərin artırılması ilə bağlı vəziyyət yaranarsa, nəyin bahalaşdırıla biləcəyinə və indiyədək ödənişsiz təqdim olunan hansı xidmət üçün sonradan müvafiq qiymətin müəyyənləşdirilə biləcəyinə baxacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?