Modern.az

ADY qatar reyslərinin sayını artırır - Yeni cədvəl

ADY qatar reyslərinin sayını artırır - Yeni cədvəl

Aktual

Bu gün, 16:22

Sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə azaldılacaq.

ADY-dən Modern.az-a verilən məlumata görə, Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra Xırdalan-Bakı istiqamətində səfər müddəti yenidən 26 dəqiqə olacaq.

Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

Beləliklə, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.

Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz:

//ticket.ady.az/az/yeni-hereket-cedveli

Whatsapp
Bizə yazın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC