Modern.az

Rektor 600-dən yuxarı bal toplayan tələbələrlə görüşdü - GÖRÜNTÜ

Rektor 600-dən yuxarı bal toplayan tələbələrlə görüşdü - GÖRÜNTÜ

Aktual

Bu gün, 16:15

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2026–2027-ci tədris ilində universitetə 600-dən yuxarı balla qəbul olunan tələbələrlə görüşüb.

Modern.az xəbər verir ki, rektor tələbələri yüksək nəticələri münasibətilə təbrik edib, onların əldə etdikləri uğurun gələcək nailiyyətləri üçün mühüm başlanğıc olduğunu bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəqəmsal inkişaf və innovasiya istiqamətində yeni mərhələyə qədəm qoyduğunu qeyd edən Yaqub Piriyev bu prosesdə gənclərin fəal iştirakının vacibliyini vurğulayıb. Bildirilib ki, müasir dövrdə gənclərdən yalnız bilik əldə etmək deyil, həm də həmin bilikləri innovativ ideyalara və yeni texnologiyalara tətbiq etmək, ölkənin rəqəmsal inkişafına töhfə vermək gözlənilir. Rektor gənclərin təhsil və inkişaf imkanlarına diqqət çəkərək dövlət proqramlarının yaratdığı imkanlardan səmərəli yararlanmağın əhəmiyyətini qeyd edib.

BMU-nun son illərdə əldə etdiyi qəbul nəticələrinə toxunan Yaqub Piriyev nəzərə çatdırıb ki, universitetə qəbul olunan tələbələrin ümumi sayı üç il əvvəlki göstərici ilə müqayisədə iki dəfədən çox artıb. Eyni dinamika yüksək balla BMU-nu seçən tələbələrin sayında da müşahidə olunub. Bu il 500–700 bal aralığında nəticə göstərərək BMU-ya qəbul olunanların sayı 400 nəfərdən çox olub. Onlardan 56 nəfəri 600-dən yuxarı bal toplayıb.

Yaqub Piriyev yüksək bal toplayan abituriyentlərin BMU-ya marağının artmasını universitetdə formalaşan akademik mühitə və yaradılan təhsil imkanlarına verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirib. Rektor əlavə edib ki, bu maraq BMU qarşısında təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat imkanlarının, akademik mühitin və beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi vəzifəsini qoyur. 

Görüşdə rektor BMU-nun beynəlmiləlləşmə istiqamətində həyata keçirdiyi layihələr barədə də məlumat verib. Qeyd edib ki, hazırda universitetin Çin və Cənubi Koreyanın aparıcı ali təhsil müəssisələri ilə bakalavriat səviyyəsində 10 ixtisas üzrə üç ikili diplom proqramı fəaliyyət göstərir. Bu proqramlara müraciət edənlər arasında da yüksək nəticə göstərən tələbələr üstünlük təşkil edib.

BMU-nun güclü maddi-texniki bazası, laboratoriyaları və Texnoparkı haqqında danışan rektor tələbələrə universitetin təqdim etdiyi akademik, elmi-tədqiqat və beynəlxalq imkanlardan maksimum yararlanmağı tövsiyə edib. Vurğulanıb ki, BMU-da əsas məqsəd tələbələrin yalnız nəzəri biliklərə deyil, həmçinin tədqiqat, innovativ düşüncə, texnoloji və beynəlxalq mühitdə fəaliyyət bacarıqlarına yiyələnməsinə şərait yaratmaqdır.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Sonda tələbələrə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb - FOTOLAR

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb - FOTOLAR

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb - FOTOLAR

BMU-nun rektoru 600-dən yuxarı bal toplayan tələbələrlə görüşüb - FOTOLAR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC