Modern.az

Tramp “Süni intellekt qüvvələri” yaradır

Tramp “Süni intellekt qüvvələri” yaradır

Aktual

19 Sentyabr 2026, 23:23

ABŞ Prezidenti Donald Tramp “Süni intellekt qüvvələri”nin (AI Force) yaradıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edib. ABŞ lideri yaxın vaxtlarda süni intellekt sahəsinə cavabdeh olacaq yeni rəhbərin – “AI czar”ın da adını açıqlayacağını bildirib.

Tramp yeni strukturun fəaliyyət istiqamətləri və səlahiyyətləri barədə ətraflı məlumat verməyib.

ABŞ Prezidentinin açıqlamasında “Süni intellekt qüvvələri” Kosmik Qüvvələrlə müqayisə edilsə də, bunun ABŞ Silahlı Qüvvələrinin ayrıca yeni qoşun növü olub-olmayacağı dəqiqləşdirilməyib.

Tramp administrasiyası süni intellektin inkişafına məhdudiyyətlərin artırılmasına ehtiyatla yanaşır və ABŞ-ın bu sahədə qlobal, xüsusilə Çinlə rəqabətdə üstünlüyünü qorumağa çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!