Türkiyənin Bursa şəhərində Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə 5-ci Beynəlxalq Bursa Qastronomiya Festivalı keçirilib.
Modern.az xəbər verir ki, festivalda Azərbaycanı Bursa Azərbaycan Mədəniyyət və Əməkdaşlıq Dərnəyi (AKİD) təmsil edib.
Üç gün davam edən festival çərçivəsində Azərbaycan Ölkə Çadırı ziyarətçilərin diqqətini cəlb edib. Çadırda Azərbaycanın milli mədəniyyəti, tarı, qədim adət-ənənələri və zəngin mətbəxi təqdim olunub.
Məlumata görə, festival ərzində Azərbaycan Ölkə Çadırına 18 mindən çox ziyarətçi maraq göstərib.
Tədbir qardaş Türkiyədə Azərbaycan mədəniyyətinin və milli mətbəxinin tanıdılması baxımından mühüm platforma kimi qiymətləndirilir.
Festival çərçivəsində Azərbaycan mədəniyyətinin müxtəlif nümunələri nümayiş etdirilib, milli kulinariya irsi təqdim olunub.
Qeyd edək ki, tədbirin təşkilində Bursa Azərbaycan Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin fəaliyyəti mühüm rol oynayıb.