Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə birlikdə ifa etdiyi “Nəyindən narahatsan” adlı duetindən danışıb.
Modern.az xəbər verir ki, Xalq artisti “Kulis”ə müsahibəsində deyib ki, mahnının sözlərini, musiqisini bəyənib və ifa edib.
“Üzeyir Mehdizadə bir mahnı var, musiqisini yazanda səni düşünmüşəm dedi. Əsas da mahnının sözləri ürəyimə yatdı”, - Alim Qasımov bildirib.
Onun sözlərinə görə, Üzeyir Mehdizadə ilə duetinin belə qarşılanacağını təxmin edirmiş:
“Üzeyirlə duetimizin belə qarşılanacağı təxmin edirdim, amma bu qədər olacağını gözləmirdim. Ancaq bu da bir yenilikdir. Kim tənqid edir, özü bilər”.