Modern.az

ABŞ səfiri YAP-da parlament seçkiləri ilə bağlı müzakirə apardı – FOTO

ABŞ səfiri YAP-da parlament seçkiləri ilə bağlı müzakirə apardı – FOTO

Aktual

26 Avqust 2015, 12:26


Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov avqustun 26-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı  partiyanın mənzil qərargahında qəbul edib. 

YAP-dan Modern.az saytına verilən məlumata görə Görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.    

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.  

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.  

Görüşdə ABŞ səfirliyinin siyasət şöbəsinin müdiri Ziya Sayed və siyasi məsələlər üzrə müşavir xanım Syusan Çesli iştirak ediblər.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı