Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, "Qara Tofiq" ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.
Modern.az xəbər verir ki, sabiq dövlət xadimi uzun illərdir yaşadığı İsveçrədə, Bazel şəhərində dünyasını dəyişib.
O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məlumatlar yayılmışdı.
Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb.
1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub. (Musavat.com)