Modern.az

Əcnəbi turistlərə Qarabağla bağlı broşür paylanıb

Əcnəbi turistlərə Qarabağla bağlı broşür paylanıb

3 Sentyabr 2009, 10:47

Türkiyənin turizm bölgələrindən olan Alanyada Azərbaycan həqiqətlərindən bəhs edən ‘’İnsanlıq naminə diqqət’ adlı broşur çap edilib. Turk, ingilis, rus, alman və fransız dillərində olan broşur xarici turistlərə paylanılır.
Boruşurda Şərqdə ilk demokratik respublika qurmuş Azərbaycanın zaman-zaman başına gətirilən müsibətlər poetik dildə oxuculara çatdırılıb. Broşurun əsas məqsədi əcnəbiləri erməni işğalına etiraz ovqatına kökləməkdir.
Broşurda Azərbaycanın işğal altında olan ərazilərinin xəritəsi də verilib.
Broşur Türkiyənın turizm bölgələrində yayılır.
Azərbaycan Parlament Jurnalistləri Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə hazırlanmış broşur Alanya Qəzetçiler Cəmiyyətinin sədrı Mehmet Ali Dim, Alanyadakı “BA-TUR” turizm, səyahət və yatırım şirkətinin prezidenti Xudaverdi Məmmədbəyli və Milli Məclisin deputatları Çingiz Əsədullayevlə Əkrəm Abdullayevin dəstəyi ilə çap olunub.
Məlumatı Modern.az saytına Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı verib.
Broşür turistlər üçün nəzərdə tutulduğundan burada erməni vəhşiliyinin statistikası deyil, humanizm məsələləri önə çəkilib.

 

Turistlər arasında yayılan broşürün tam görüntüsü.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi