19 Oktyabr 2021, Çərşənbə axşamı
14 Oktyabr 2016, 15:12 | Ana Səhifə - Yazılar - Müvəqqəti çətinlik
Müvəqqəti çətinlik

Hidayət ELVÜSAL


Belə-belə işlər

Elə anadan olanda da ölkə müvəqqəti çətinlik keçirirmiş. Yəni İkinci Dünya və Böyük Vətən Müharibəsi deyilən müsibətlərin yaraları sarınırmış. Sarıyıblar-sarıyıblar və deyiblər ki, bu müvəqqəti çətinlik qurtaran kimi, hoppanıb düşəcəyik kommunizmin qucağına.

Müvəqqəti çətinliklərlə yavaş-yavaş böyüyürdük. Düşünürdük ki, böyüyən kimi hər şey düzələcək. Bir-birimizin pal-paltarını geyinib müvəqqəti çətinliyə  sinə gərirdik.

Və günlərin birində gördük ki, əməlli-başlı böyümüşük. Ali məktəbə də daxil olmuşuq. Amma pul-paramız… Təqaüd bəs eləmirdi. Evdən az-maz göndərirdilər ki, müvəqqəti çətinlikdir, döz! Dözürdük!

Birtəhər diplom aldıq. İş verdilər. Dedilər ki, hələlik maaş azdır, amma düzələcək, müvəqqəti çətinlikdir. Pencək alanda şalvar, şalvar alanda da pencək əldən gedirdi. Amma hər gün bizə işıqlı sabah vəd edirdilər. Biz də xəyallar quraraq yuxumuzda o sabahı görürdük. Deyirdilər ki, «vot-vot» kommunizm gəlir, ayaqlarının səsi eşidilir. Maaşımızdan çıxılan «subaylıqpulu» kommunizmin qədəmlərinə qurban kəsilirdi.

Evləndik. Pahooo… Ev yox, eşik yox, kommunizm şoğərib də hələ gəlib çıxmayıb, qalmışıq kirayələrdə. Müvəqqəti çətinlik bizi salıb təmiyin altına, dəli inək balasını çığnayan kimi çığnayır. Mənzil növbəsinə baxanda gözümüz qaralırdı.

Nəhayət, bir səhər o sabahdan xəbər gətirdi. Dedilər ki, «pəpiş», kommunizm-zad nağıl idi. SSRİ dağıldı, partiya getdi işinin-gücünün dalınca və pulları da özü ilə aparıb yığdı xarici  banklara. İndi azadlıqdı. Əlbəttə, müvəqqəti çətinliklər olacaq. Dözün!

Müharibə başladı. Torpaqlar əldən getdi. Dedilər fikir eləməyin, lazım olsa alacağıq. Almadılar. Hələ biri dedi ki, müvəqqəti çətinlikdi torpaqları əlborcu vermişik, qaytaracağıq. Qaytarmadılar.  Dörddə bir əsrdir ki, o torpaqlar müvəqqəti olaraq işğal altında, biz də müvəqqəti çətinliklər içərisində.

Bir başqası da dedi ki, onların hamısı düşmən deyil. Buna görə də kilsələrinə pulsuz qaz veririk. Biz isə soyuqdan titrəyəndə dedilər dözün, müvəqqəti çətinlikdi, keşişləri qızdırandan sonra sizə də qazdan-zaddan verəcəyik. Deyirik ki, axı, biz o qazın pulunu veririk. Deyirlər ki, susun, sizi qaz kimi yolarıq, qazda ütərik, qazanda qaynadıb qarnımıza dolduraraq. Susuruq.

Amma o gün qanım qaraldı. Dedilər ki, sizin eviniz olacaq, maaşınız artacaq. Elə bil başıma bir qazan qaynar su tökdülər. Necə yəni… ev… maaş… Axı, müvəqqəti çətinlik olmasa ürəyim partlayar. Şəxsən  mən özgə cür yaşaya bilmərəm. Müvəqqəti çətinlik həyat tərzimdir. Hər şeyimizi aldılar. Heç olmasa bu müvəqqəti çətinliyimizə toxunmasınlar. Müəllimlər qul bazarından, alimlər çörək qazandıqları taksi maşınlarından məhrum olsalar, müvəqqəti çətinlik əbədi xoşbəxtliyəmi təslim olacaq. Axı, adət-ənənəmiz var – yüzü işlər, biri, ya da biri işlər, yüzü dişlər – yəni toplananların yeri dəyişəndə cəm dəyişməz.

Əbədi komfort bir zümrənin, müvəqqəti çətinlik qalanların alın yazısıdır. Bax, gör orada nə yazılıb – sən onların yediyini yeyə, geyindiyini geyinə, aldıqlarını qazana, yığdıqlarını  saya… bilməzsən.

Bilirəm!

Buna görə deyirəm ki, heç olmasa müvəqqəti çətinliyimizə toxunmayın. Onsuz da yaşamırıq, sürünürük…

Bu da oğlum. O gün deyir ki, qonşumuz deputat oğluna «Mersedes» alıb. Hər gün saxlayırlar öz marketlərinin qarşısında, camaata acıq verirlər. Hələ icra başçısının qardaşı binanın qarşısındakı ağacları kəsdirib sauna tikdirmək istəyir. Amma biz…

Dedim oğlum, darıxma, müvəqqəti çətinlikdir…

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Fransa sol qulağını sağ ayağı ilə qaşıyır” – Hərbi ekspert 19 Oktyabr 2021, 16:23 Yaponiyadakı Azərbaycan diasporundan bəyanat 19 Oktyabr 2021, 16:15 Britaniya Parlamentindən Azərbaycanı TƏBRİK 19 Oktyabr 2021, 16:10 Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazir QƏRAR imzaladı 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39