31 Oktyabr 2016, 09:27 | Ana Səhifə - Yazılar - Qadına şiddətə susma!
Qadına şiddətə susma!

Məhsəti Şərif


Hər gün qadına şiddət xəbəri oxuyuruq. Qadına zorakılığın bu qədər artdığı zamana gəlmişik. Daha da pisi, bu vəziyyəti qəbul etmişik. "Ərimdir, həm sevər, həm döyər"  məsəlini özünə qanun bilən qadınların gördüyü şiddətdən sonra ərini hələ bağrına basmasını ağlım heç bir şəkildə qəbul etmir. Bu vəziyyətin könüllü olaraq qəbul edilməsini və bu zehniyyəti içimə sindirə bilmirəm! 


Bu vahim durumu necə dəyişməli?


Qadına zorakılığın azaldılması hər şeydən əvvəl ictimai zehniyyətin qabıq dəyişdirməsi ilə mümkündür. Əvvəlcə şiddət uyğulayana verilən cəzalar artırılmalıdır. Ölkədə qanun çıxarmaqdan asan nə var? Bu və bənzər qadın cınayətlərinin qarşısını almaq üçün nəyi gözləyirlər? Daha çox qadının ölməsinimi? Daha çox uşağın anasız qalmasınımı?


Əslində bu mövzu haqqında bilindikcə, daha çox dayaq yeyən və daha çox dayaq atan hala gəlmişik. Sosial həyatda iki sözü bir araya gətirə bilməyən ər arvadına təpik vura və ya bıçaqla onu dəlik-deşik edə bilir. Nə hala gəldik? Qadınlar boşanan deyil, ölən qadın olmağı seçirlər. Nə hala gəldik... ana-ata qızına sahib çıxmır! Min əziyyətlə böyütdüyü övladını elin oğlu öldürür...


Niyə ilk şiddətdə qadın boşanmır? Boşanan qadına cəmiyyətin yararsız fərdi kimi baxanlar üzündən! Boşanan qadına potensial məşuqə gözüylə baxan sizin üzünzdən! İndi düşüncənizin əsərlərinə baxıb sevinin...


... Qəbələdə əri və onun ailəsi tərəfindən boğulub öldürülən Səbinə.. .Oxuduqca ürəyim sızıldayır. Amma Səbinəni və ailəsini qınamadan keçmirəm. Bəlkə mənimlə razılaşmayasınız. Bu gənc qadın evləndiyi gündən şiddət gördüyü ailədə niyə yaşayıb? Niyə 3 övlad dünyaya gətirib? Niyə dördüncü dəfə onu döyən əri bağrına basıb və hamilə qalıb? Ailəsi niyə qızını o evə göndərib?


Uşaq dünyaya gətirməyi ailəni qurtarma silahına çevirməyin. Siz döyüldüyünüz, söyüldüyünüz və nəhayət qətl edildiyiniz evdə günahsız,  pisixalogiyası alt-üst olmuş uşaq buraxırsınız...


... Biz qadınları bədbəxt edən ənənələr... Ənənələrimizə görə ər-arvad arasına girilməz. “Buraxın öz aralarında həll etsinlər” deyilər. Bu kodlaşdırma ilə böyümüş zehimiz var. Bu vəziyyətdə də eyni kod əmrini yerinə yetiririk. Ər-arvad arasına girilməz, buraxın öldürsün, doğrasın, təcavüz etsin, küçədə saçlarından tutub süründürsün, amma lütfən arasına girməyin! Nə də olsa ərinin arvadıdı,  həm sevər, həm döyər!


Bu atalar sözləri ilə böyümüş bir millətin gələcəyinin belə olacagı qaçılmaz idi. 


...Amma gözünüzü açın! Fiziki deyil, hətta mənəvi şiddət gördüyünüz adamı tərk edin... Uşağı, qonşunu, qohumu bəhanə etməyin! Mənəviyyatsız, birinin qurbanına çevrilməyin!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Azərbaycanda internet sürətlərini seçmək imkanı verən xidmət aktivləşib 24 Sentyabr 2021, 14:13 Azərbaycan Minsk qrupundan imtina etsə, nə baş verər? 24 Sentyabr 2021, 14:07 “İnternetin sürəti niyə zəifdir” sualına aydınlıq gətirildi 24 Sentyabr 2021, 14:04 Deputat Küveyt səfirilə görüşdü 24 Sentyabr 2021, 13:58 Zəngilanlılar bu ilin sonunadək öz evlərinə qayıda bilər - Prezident 24 Sentyabr 2021, 13:45 Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRDIR 24 Sentyabr 2021, 13:39 “Atamın məzarını ziyarət edəndə ona əsgəri salam verdim” - İlham Əliyev 24 Sentyabr 2021, 13:37 “Prezident regionda davamlı sülh istədiyimizi bir daha dünyaya çatdırdı” 24 Sentyabr 2021, 13:32 Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir - Nazirlik 24 Sentyabr 2021, 13:26 İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI 24 Sentyabr 2021, 13:20 Şənbə gününün havası - Külək əsəcək, yağış yağacaq 24 Sentyabr 2021, 13:15 Qazinin pulunu və medalını oğurlayan şəxs tutuldu 24 Sentyabr 2021, 13:10 Qafqaz ölkələrini birləşdirəcək şərab marşrutu hazırlandı 24 Sentyabr 2021, 13:06 Şuşanı azad edəndən sonra Putin mənə zəng vurdu... - İlham Əliyev 24 Sentyabr 2021, 13:02 COVID-19 və qlobal siyasət: pandemiyadan sonra dünya necə görünəcək? 24 Sentyabr 2021, 12:58 Sentyabrın bütün ödənişləri KÖÇÜRÜLDÜ 24 Sentyabr 2021, 12:54 Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib 24 Sentyabr 2021, 12:50 Nərimanovda şəhid ailələri ziyarət edilib 24 Sentyabr 2021, 12:45 Tuğda şərab zavodu bərpa olunacaq - Yeni mərkəzlər yaradılır 24 Sentyabr 2021, 12:40 İlham Əliyev: “Döyüş əməliyyatlarının planı çoxdan hazırlanırdı” - MÜSAHİBƏ 24 Sentyabr 2021, 12:34 Gəncə Dövlət Universitetin idarə heyəti toplandı 24 Sentyabr 2021, 12:30 Almaniyanın yeni kansleri kim olacaq? 24 Sentyabr 2021, 12:27 Dövlət Komitəsinin əməkdaşları Qroznıya səfər ediblər 24 Sentyabr 2021, 12:22 Texnoloji ixtisaslar üzrə tələbə qəbulu 75 faiz artırılıb - Nazir müavini 24 Sentyabr 2021, 12:16 Prezident şəxsi xüsusiyyətlərindən danışdı: “Prinsipcə, sakit insanam” 24 Sentyabr 2021, 12:10 ADU-da şəhid Ülvi Bünyadzadə anılıb - FOTOLAR 24 Sentyabr 2021, 12:05 İlham Əliyev İraqın neft nazirini qəbul edib 24 Sentyabr 2021, 12:00 “Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə davam edərsə...” – Prezident 24 Sentyabr 2021, 11:56 Prezident XTQ-nin fəaliyyətini yüksək qiymətləndirdi 24 Sentyabr 2021, 11:52 Yuxarı Qarabağ kanalında bir nəfər batıb 24 Sentyabr 2021, 11:48 Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisindən FOTOLAR 24 Sentyabr 2021, 11:44 Bu tarixədək Azərbaycan internetlə tam təmin olunacaq 24 Sentyabr 2021, 11:38 MRT və KT müayinələri üçün əks göstərişlər AÇIQLANDI 24 Sentyabr 2021, 11:35 Sentyabrda temperatur normadan yüksək olub 24 Sentyabr 2021, 11:34 Nazir azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialından DANIŞDI 24 Sentyabr 2021, 11:30
SORĞU Hansı vaksinə etibar edirsiniz?