31 Oktyabr 2016, 09:27 | Ana Səhifə - Yazılar - Qadına şiddətə susma!
Qadına şiddətə susma!

Məhsəti Şərif


Hər gün qadına şiddət xəbəri oxuyuruq. Qadına zorakılığın bu qədər artdığı zamana gəlmişik. Daha da pisi, bu vəziyyəti qəbul etmişik. "Ərimdir, həm sevər, həm döyər"  məsəlini özünə qanun bilən qadınların gördüyü şiddətdən sonra ərini hələ bağrına basmasını ağlım heç bir şəkildə qəbul etmir. Bu vəziyyətin könüllü olaraq qəbul edilməsini və bu zehniyyəti içimə sindirə bilmirəm! 


Bu vahim durumu necə dəyişməli?


Qadına zorakılığın azaldılması hər şeydən əvvəl ictimai zehniyyətin qabıq dəyişdirməsi ilə mümkündür. Əvvəlcə şiddət uyğulayana verilən cəzalar artırılmalıdır. Ölkədə qanun çıxarmaqdan asan nə var? Bu və bənzər qadın cınayətlərinin qarşısını almaq üçün nəyi gözləyirlər? Daha çox qadının ölməsinimi? Daha çox uşağın anasız qalmasınımı?


Əslində bu mövzu haqqında bilindikcə, daha çox dayaq yeyən və daha çox dayaq atan hala gəlmişik. Sosial həyatda iki sözü bir araya gətirə bilməyən ər arvadına təpik vura və ya bıçaqla onu dəlik-deşik edə bilir. Nə hala gəldik? Qadınlar boşanan deyil, ölən qadın olmağı seçirlər. Nə hala gəldik... ana-ata qızına sahib çıxmır! Min əziyyətlə böyütdüyü övladını elin oğlu öldürür...


Niyə ilk şiddətdə qadın boşanmır? Boşanan qadına cəmiyyətin yararsız fərdi kimi baxanlar üzündən! Boşanan qadına potensial məşuqə gözüylə baxan sizin üzünzdən! İndi düşüncənizin əsərlərinə baxıb sevinin...


... Qəbələdə əri və onun ailəsi tərəfindən boğulub öldürülən Səbinə.. .Oxuduqca ürəyim sızıldayır. Amma Səbinəni və ailəsini qınamadan keçmirəm. Bəlkə mənimlə razılaşmayasınız. Bu gənc qadın evləndiyi gündən şiddət gördüyü ailədə niyə yaşayıb? Niyə 3 övlad dünyaya gətirib? Niyə dördüncü dəfə onu döyən əri bağrına basıb və hamilə qalıb? Ailəsi niyə qızını o evə göndərib?


Uşaq dünyaya gətirməyi ailəni qurtarma silahına çevirməyin. Siz döyüldüyünüz, söyüldüyünüz və nəhayət qətl edildiyiniz evdə günahsız,  pisixalogiyası alt-üst olmuş uşaq buraxırsınız...


... Biz qadınları bədbəxt edən ənənələr... Ənənələrimizə görə ər-arvad arasına girilməz. “Buraxın öz aralarında həll etsinlər” deyilər. Bu kodlaşdırma ilə böyümüş zehimiz var. Bu vəziyyətdə də eyni kod əmrini yerinə yetiririk. Ər-arvad arasına girilməz, buraxın öldürsün, doğrasın, təcavüz etsin, küçədə saçlarından tutub süründürsün, amma lütfən arasına girməyin! Nə də olsa ərinin arvadıdı,  həm sevər, həm döyər!


Bu atalar sözləri ilə böyümüş bir millətin gələcəyinin belə olacagı qaçılmaz idi. 


...Amma gözünüzü açın! Fiziki deyil, hətta mənəvi şiddət gördüyünüz adamı tərk edin... Uşağı, qonşunu, qohumu bəhanə etməyin! Mənəviyyatsız, birinin qurbanına çevrilməyin!!!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 Buraxılış imtahanında bir şagird maksimum bal TOPLADI 6 May 2021, 18:33 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36 Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı 6 May 2021, 17:30 Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi 6 May 2021, 17:24