11Yanvar | Ana Səhifə - Yazılar - Türkiyədə şöhrət axtarışı... haqsız küskünlük
Türkiyədə şöhrət axtarışı... haqsız küskünlük

 Vəfa Allahverdiyeva

 

Sosial şəbəkələrdən izlənən Türkiyədən bəlli qırğınlıq  notlarını   hər gün bir sənət ismi məlumatlı mənbə statusunda təqdim olunaraq daha da artırmağa çalışır.


Məşhur musiqi yarışmasının ən həlledici və qızğın mərhələsi “Duellolar” formatında irəli günlərdə start götürəcək; Bəlkə mövzunun aktuallığı davam edir, bir az da bu səbəbdən giley-güzar səngimir.   
 

Başımız sığallananda, çağlayan nəfəsimiz uzaqlarda sənət himayəsinə alınanda, sevgidolu kəlmələri ünvanımıza eşidəndə Türkiyədən sonsuza qədər razı oluruq.  Böyük qardaşlarımız ayaqlarını bir balaca tərs qoyan kimi, nöqteyi-nəzərimizdə Türkiyə bizim səsimizdəki məlahətin, ifamızdakı məharətin, ilahidən gələn istedadımızın “paxıl”ına, “qısqanc”ına çevrilir.

Halbuki məsələnin gerçək, haqlı prizması heç də bu deyil.         

Azərbaycan tamaşaçısını yerli televiziyaların mənasız, yüngül verilişlərindən xilas edib, daim öz cazibəsinə alan Türkiyə televiziyaları, yüzlərlə maraqlı verilişlər və bu sırada ən baxımlı “O səs Türkiyə” proqramı, həm mənəvi-intellektual zövqümüzün, həm ruhi-estetik dincliyimizin, həm içimizdə kök atan böyük Türkiyə sevgimizin etibarlı, əvəzsiz  ünvanıdır.  

Burada səslənən mahnılarımızın dəfələrcə anonim təqdim edilməsi bizləri qıran, əsəbi situasiyaya salan hal ola bilər; Hansı ki bu xətanın dərinliyinə getmək də lazım deyil,  çünki bu, sadəcə, proqram komandasının araşdırma tənbəlliyidir;  sənət gözəlliyinə qısqanclıq,  musiqi savadsızlığı, plagiatlıq  ilə bir bağlantı daşıması  etnos şəcərəmizdən sayılan yaxınlarımıza   böhtan xarakterli ittiham olardı.  

Yəni mahnı müəllifinin adının bəzən  məchul təqdim edilməsi məsələsinə xəfif etiraz, irad və bu münasibətdə haqlılıq içimizdə hər daim var.  

Lakin  populyarlıq arzuları ilə o səhnədə görünmək istəyən istedadlı gənclərimizə olan dəstəyi, Azərbaycan adı gələndə göstərilən sıcaq münasibəti, milli musiqimizin poetik  və melodik gözəlliyinə heyranlığı bu verilişin heç bir seyrcisi  inkarlaya bilməz.

Hətta əndrabadi geyim, havalı davranış tərzi ilə şəxsinə olan ciddiliyi azaldan, əslində isə ülküçü zehniyyətə sahib,  musiqi nəzəriyyəsində savadını cavablarında isbatlamaqla, simpatiya  qazanan, kimliyi məlum jürinin milli-siyasi tariximizə, musiqi ustadlarımıza  əməlli bələdçiliyini İrandan qatılan azərbaycanlı ifaçılarla tanışlıq epizodlarında dəfələrcə görmək, ürəyimizi dağa döndərir, beyni boş qazana bənzər bəzi özümüzünkülərlə müqayisədə bir az utandırır da.

O səhnədə Azərbaycanla bağlı hər hansı xor baxış, kinli ürək, kobud istehza, qəlb qıran heç bir mənzərə kadrlarda sübut faktına çevrilə bilməyib.     

Səhnə arxasında yeni nələrsə baş verib və baş verməkdə davam edir-bunlara gəldikdə, təklif etdiyimiz başqa prizma bu məsələyə bir az da Türkiyə ictimai fikrindən baxmaqdır ki, Azərbaycan səslərinin bu səhnədən sıxışdırılıb çıxarılması düşmənçilik səviyyəsinə qalxmadan, doğru yorumda təhlil edilə bilsin.    
 

Türkiyə böyük arenadır-məlum. Əlahiddə “O səs Türkiyə” proqramı kütləvi auditoriyasını dünyanın dörd tərəfindən formalaşdıran son dərəcə iri bir səhnədir. Bu özəllik milli kimliyində türk etnosunun xüsusiyyətlərini daşıyan ayrı-ayrı coğrafiyaların istedadlı insanlarında həvəs oyadır və Azərbaycandan axını da bu müstəvidə şöhrət axtarışlarına bağlamamaq mümkün deyil.

Ələlxsus şivəmizə, ləhcəmizə, musiqi boğazlarımıza düşkünlük, üzümüzə xoş baxmaq, xətrimizə dəyməmək gerçəyi qabında bir balaca musiqi anlayışı olan az qala hamıda o səhnəni fəth etmək ambisiyası yaradıb.      

Düşünmək gərəkdir ki, özgə səslərə mədəni formada yaradılan son məhdudluq cəhdləri, bəlkə Türkiyədə ictimai sifarişi nəzərə almaqdır.   

Türkiyənin özündə onlarla gözəl səs yarışmanın növbəti raundlarına daxil olub. Böyük arenada şöhrəti həmişə eyni ölkəyə qazandırmaq olmaz, xüsusilə nəzərə alınanda ki, bu Evrovizion yarışması yox, milli seçim müsabiqəsidir və biz, üstəlik qazax, qırğız, İran azərbaycanlısı, Rusiya tatarı... da orda artıq yamaq kimi görünürük, başqa sözlə, ölkənin öz səsini yüksək pilləyə gətirməsinə müəyyən qədər mane oluruq-baxmayaraq ki, hamımızı bir millətə çevirən etno-genetik faktorlar var.

Yəni, “O səs Türkiyə”nin hədəfi böyük Turanın, nəhəng türk millətinin səslərini tapıb üzə çıxarmaq deyil.     

Türkiyə öz tribunasında, öz məkanında  öz səslərini axtarıb tapmağa çalışırkən, bizim oradan sıxışdırılmağı rəqabətə dözümsüzlük, gözügötürməzlik, meydanı dar etmək kimi yozumlamağımız tamamən haqsız giley-güzardır. Çünki Türkiyə öz səslərini öz səsləri ilə rəqabətdə axtarır, başqa səslərin gözəlliyini, qüdrətini, birincilik şansını  danmadan. 

Eyni proqram Azərbaycanda da keçirildi və bizi mədəni surətdə başa salırlar ki, birincilik statusuna hədəflənən şöhrət axtarışlarımızı “O səs Azərbaycan” müstəvisində arayaq.

Ötən il Elnurun halallıqla aldığı, haram qatılmayan uğuru  coğrafi təmsilçilik nöqteyi-nəzərdən əslində, həm də  bir güzəşt idi.

İkinçi güzəşt Azərbaycan qarışıq, başqa ölkələrin, hətta Kubadan belə gələnlərə yaradılan şəraitdir ki, onlara hüdudsuz tamaşaçı kontingentinin qarşısına çıxma şansını verir.

Davamlı güzəşt isə proqramın təyinatına uyğun gözəl türk səslərinin ortaya qoyulması məntiqinin pozulmasında  Türkiyə ictimai rəyini özünə qarşı çevirməkdir ki, hər bir reytinqli veriliş  və ünlü aparıcı bundan qaçmaq zorundadır.

Gerçəyi açıq leksikada izahlamaq Türkiyənin ən yaxınları, eləcə də uzaqları ilə münasibətləri zədələyə bilən bir həqiqət olduğundan, dövriyyəyə bizə qısqanclıq kimi görünən, əslində üzrxahlıq bəhanələri girməyə başlayır.

Bu mədəni sıxışdırılmanın, bəhanənin həqiqi tərəfini qıcıqlanmadan anlamaq və bir acını min şirinə görə dadmağı qəbul etmək də bizlərə düşər.    

Azərbaycanda şöhrətin qapıları istedadlar üçün taybatay açıqdır.

Muğam müsabiqələri, musiqi “emalatxana”larında vokal dərsləri, hər il vokal səslərin seçilib, tədris prosesinə cəlb olunması gerçəyi göz qabağındadır.    

Hətta, nə yazıqlar ki, istedadı olmayan, maddi üstünlüklə özünü populyar etmək imkanları da Azərbaycanda genişdir. 

Buna rəğmən Türkiyənin möhtəşəm səhnəsinə gözü düşmək, ora gedib çıxmağı bacarmaq, epizodik parlamaq şansı bəs etmirmiş kimi, hər dəfəsində birinciliyə iddia etmək və indiki narazılıqlar məntiqiylə sona kimi getmək davasını aparmaq  Türkiyə rakursundan çox gülməli təsir yaradan mənzərədir.  Eləcə də Azərbaycan rakursundan...

Türkiyənin yaşadığı bunca bəlanın içində Azərbaycan cəmiyyətinin də musiqi yarışması üzündən ona qarşı çevrilməsi bəlalar məngənəsində çarpışan ən yaxın doğmamıza  qəddar, qeyri-vicdani  münasibət olardı.  

Şöhrətimizin davasını öz məkanımızda, öz tribunamızda, “O səs Azərbaycan”ımızda döyməyə haqqımız çatır, “O səs Türkiyə”də deyil...

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Əkrəm İmamoğlundan Müstəqillik günü TƏBRİKİ 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduzluz saxlanlılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37 ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək 18 Oktyabr 2019, 09:35 Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” 18 Oktyabr 2019, 09:34 Gülmirənin dünyası... 18 Oktyabr 2019, 09:30 Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü TƏBRİKİ 18 Oktyabr 2019, 09:19 Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT 18 Oktyabr 2019, 09:03 Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz… 18 Oktyabr 2019, 08:51 İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir 18 Oktyabr 2019, 08:21 Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb 18 Oktyabr 2019, 08:08 El-Klasiko təxirə salınıb 18 Oktyabr 2019, 00:46 Məşhur idmançımız xəstəxanaya yerləşdirildi - FOTO 18 Oktyabr 2019, 00:20 Müstəqilliyimizin bərpasının 28 illik tarixi... 18 Oktyabr 2019, 00:02 Bakıda sərnişin avtobusu qəza törətdi 17 Oktyabr 2019, 23:47 Azərbaycan nefti bahalaşdı 17 Oktyabr 2019, 23:31 “Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi   17 Oktyabr 2019, 23:12 “Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev 17 Oktyabr 2019, 23:02 Bakıda gənc oğlan itkin düşdü 17 Oktyabr 2019, 22:56 “Türkiyə əməliyyata  fasilə verir” - Çavuşoğlu aydınlıq gətirdi, VİDEO 17 Oktyabr 2019, 22:43 Ramal "Maşın"ı belə tərk etdi - VİDEO 17 Oktyabr 2019, 22:25 ABŞ-la Türkiyə razılaşdı: Suriyada əməliyyatlar dayandırılır - FOTO 17 Oktyabr 2019, 22:13 Bakıda şagird idarəetmə sistemi yaradıldı 17 Oktyabr 2019, 21:48 Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı 17 Oktyabr 2019, 21:29 Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34