12Fevral | Ana Səhifə - Yazılar - Canəli Əkbərovun küçə dilindəki “muğamı”, Jirinovskinin çarlıq sevdası
Canəli Əkbərovun küçə dilindəki “muğamı”, Jirinovskinin çarlıq sevdası

Namidə BİNGÖL 

 

Hərə öz tribunasından qərəzli çıxış edəndə ədalət prinsipi pozulur. Bu cür proqramlara şahidlik missiyasını üzərinə götürənlərin, seçim qarşısında qalmaq hökmü isə daha ağırdır.

          

Həftənin hesabatını təqdim edirəm.

 

Bəzi təbəqələrin abrını, önlərinə çəkilmiş  pərdə örtür. Elə ki o pərdə açıldı, dərin çatlar dərhal gözə girir. Yola saldığımız həftə siyasi, iqtisadi, mədəni baxımdan gərgin keçdi.

 

İqtisadi durumumuz necədir?!

 

İki ilə yaxındır ki, Amerika dollarının əlində əsir-yesir qalmışıq. Hər dəfə dollar manata nisbətən möhkəmlənəndə ərzaq təhlükəsi ilə üzləşirik.  O baxımdan ki, yediklərimizə əl də uzada bilmirik. Son günlərdə isə manat dolların qarşısında möhkəmlənməyə başlayıb. Gözümüz aydın deyəkmi?! Düzü, sevinə də bilmirik. Nəyinə sevinək ki! Bazarlar, marketlər ərzaq qiymətlərinin yüksək olmasından od tutub yanır.

 

 Muğamımıza söyüş yaraşmır

 

Yola saldğımız həftə ərzində aləm bir-birinə dəydi. Daha doğrusu,  muğam dünyasında elə fırtına qopdu ki, bu dəfə şou aləmi izləmə mövqeyində dayandı. Təəssüf ki, xalq artisti Canəli Əkbərov Qarabağ şikəstəsi əvəzinə, küçə dilində “muğam” oxudu. Özü də elə tonda oxudu ki, həmkarlarını “ağ yuyub qara sərə” bildi. Təbii, bunu ört-basdır edə bilmərik. Xalq artistinin dediklərinə haqq da qazandırmaq olmaz. Amma bəzi nüanslar var ki, onları unutmamalıyıq.  Əvvəla, istənilən əsəbi başda ağıl olmur. O baxımdan belə situasiyalarda biz özümüz də ağıllı ola bilmirik.

 

Yaxşı, bəs bizim istəyimiz nədir? Doğrudanmı, hamılıqla muğama dönə-dənə qulaq asırıq?! Heç inanmağım gəlmir. Amma Canəli Əkbərovun ağzından çıxan kəlmələri dildən-dilə gəzdirməyi bacardıq. Özümüzə afərin deyə bilməyəcəm. Bizimlə müqayisədə Canəli Əkbərovun 76 yaşı var. Yağışdan çıxan göbələk də  deyil. Xalq artistidir.  Seyid Şuşinski və Xan Şuşinskidən muğam dərsləri alıb. Di gəl ki, Muğam müsabiqəsinin münsiflər heyətindən kənarlaşdırılması məsələsi xalq artistinin “əhvalına soğan doğrayıb”. Təəssüf ki, Canəli Əkbərov,  ağayana rəftar sərgiləməməklə, təhqir də etdi, söyüş də söydü.

 

Təəssüfedici məqam daha var. Şoulaşmayan muğam sənəti qalmışdı. Güman ki, Canəli Əkbərovun çıxışından sonra muğam ifaçılarımız gündəmdə qalmaq üçün bir-birinin ünvanına xoş olmayan sözlər deyəcəklər. Elə bilirsiz deməyəcəklər?! Mütləq deyəcəklər. Hələ bu harasıdır. 1990-cı illərdə xalq artistləri Flora Kərimova və mərhum İlhamə Quliyeva arasında bitməyən savaş və söz davası elə formada start götürdü ki, estrada dünyasının insanları bu gün də şou-biznes adı altında məlum  ənənəni davam etdirir. Deməli, muğam dünyası da bundan sonra əxlaq pərdəsinə ehtiyac duymayacaq. Öz aramızdı, öndə dayananlar bütöv bəşəriyyət üçün hər zaman nümunə olub. Fərqi yoxur, hansı mənalarda.

 

Bu arada, təkcə qidalar modifikasiya olunmur. İnsanlar və onların mənsub olduqları dünya da deformasiyaya uğrayır.

Zatən, cığırı biz açmasaq izimizə kim düşə bilər ki!

 

Jirinovskinin  imperiyapərəst mövqeyi

 

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də Azərbaycanı qarabaqara izləməkdən əl çəkmir. Ağıldan kəm diaqnozu qoyulmasına baxmayaraq, həssas məsələlərə toxunmaqla qıcıq yarada bilir. Təmsil olunduğu dövlətin siyasi lideri, imperiya havasına düşüb. Deyir ki, bütün postsovet ölkələri, Rusiyanın tərkibinə qayıtmağa həvəslidirlər. Bilmək olmur, Jirinovski ölkələr arasında sorğu keçirib bu qənaətə gəlib, yoxsa, Putin hakimiyyətinin dünya barədə növbəti  planlarının tərkib hissəsidir?! Hər halda, qalmaqallı siyasətçi Azərbaycanın yaralı probleminə toxunmaqla nifrət hədəfinə tuş gəlib.

 

Necə yəni Qarabağ olmayacaq, Azərbaycan olmayacaq?! Ancaq Bakı quberniyası olacaq?! Maraqlıdır, imperiya məsələsini qabardıb 18-ci əsrə qayıtmağa Jirinovskini nə vadar edir?! Cənubi Qafqaz regionunun münaqişə zonası kimi tanınması Rusiyanın, ya da, Jirinovskinin ürəyini ağrıdır?! Əgər ağrıdırsa, yaxalarını bir kənara çəksinlər ki Cənubi Qafqazın Abxaziya və  Qarabağ münaqişəsi də həll olunsun. Daha çar imperiyasının bərpasına nə gərək var?!

 

Azərbaycanın növbəti uğuru

 

İşimiz var da! Ana oğlunun əfv olunması üçün nə gərəkdirsə onu da edir. Anaya deyən lazımdır ki, dünya şöhrətli oğlunun əməllərinə tanıqlıq edərkən, prosesləri əngəlləməyə niyə yardımçı olmurdun?! Axı, Lapşin sıradan bloqqer deyil!

 

3-4 dövlətin vətəndaşlığına sahiblənib dünya üzərindən Ermənistana pənah apararkən, etiraz səsinizi çıxarmağınız o zaman daha humanist olmazdımı?!

 

Yola saldığımız həftə Ukrayna, Rusiya, İsrail dövlətlərinin vətəndaşlığını daşıyan tanıınmış bloqqer Aleksandr Lapşin Azərbaycana ekstradisiya olundu.  Bu o Lapşindir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə 2011-ci ildən başlayaraq qanunsuz səfərlər edib.  Bu azmış kimi Dağlıq Qarabağı qeydlərində “müstəqil” dövlət kimi təqdim edib.  

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Qarabağa səfər etməklə bağlı xüsusi “qara siyahısı” var ki, Lapşin bundan  da xəbərdar olub. Sadəcə, erməni müdafiəçilərinin sayının çox olması Aleksandr Lapşini bir az da arxayın edib. Görünür, görkəmcə cılız olan bloqqer, şəkil və video görüntülər hesabına qazancını  da daha rahat qura bilib. Bəlkə də Belarus hökumətinin onu tutaraq Azərbaycana təhvil verməsini gözləmirdi. Düzü, vətəndaşlığını daşıdığı dövlətlər də gözləmirdi. Amma Belarus prezidenti Aleksandr Lukaşenko ədalətin bərqərar olunması üçün siyasi iradə göstərməyi bacardı. Bundan sonra Lapşinin nəsil-nəcabəti imdad diləsə nə dəyişəcək!

Yaxşı olar ki, imkan verin, cinayətkar cəzasız qalmasın!

Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq - Sabahın hava PROQNOZU 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05