Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verikən məkumata görə, Xətai rayonu M.Hadi küçəsində yaşayan İlqar Mehdiyev sirkə turşusu içərək xəstəxanaya gətirilsə də orada ölüb.
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ələt qəsəbəsi ərazisində dəniz kənarında tapılmış meyitin şəxsiyyəti nəhayət müəyyənləşdirilib. O, Kürdəmir rayon sakini Məryəm Hüseynova imiş.
Sentyabrın 8-də saat 12.10 radələrində isə Gədəbəy rayonu S.Vurğun küçəsində Söyüdlü kənd sakini Minarə Kərimova üstünə benzin tökərək özünü yandırıb (əmlak bölgüsü ilə əlaqədar). Yanıq xəsarəti almış M.Kərimova xəstəxanaya yerləşdirilib.