16mart | Ana Səhifə - Yazılar - Çirkinləşdirilmiş şəfqət
Çirkinləşdirilmiş şəfqət

Vəfa Allahverdiyeva

Bəzən yoxsul və ortabab ailələr inzibatçı dairələrin elə təşəbbüsləri, qərarları arxasınca sürüklənir, onların soyğunçu  ideyalarına şərik, həm də  məcbur edilir ki , fikirləşirsən, görəsən, bunun gerçək, əsl mənbəyi hardan, kimdən gəlir?!

İstəyirsən, əsl mənbəni, niyyəti tanıya, milli valyutanın dəyərsiz kağız parçasına çevrildiyi, bahalıq hökm sürən bu günlərdə yaşam yolları arayan  insanların üzərindən aparılan xeyriyyə, şəfqət  aksiyalarına görə radikal bir sual verəsən ki, məgər sosial kəsim özü alıb-yeyə bilirmi, nankor övladlar ucbatından atılan özgə ata-ananı da, yalnız öz hisslərini düşünən gənc anaların küçəyə tulladığı yad körpələri də, orduda hərbi xidmət keçən əsgərlərin də ehtiyaclarını himayəsinə götürsün-epizodik bir dəstəklə olsa da?!

Mart ayının maddi ağırlığını yetimə, atılmışa bayram sovqatı, əsgərə üzqırxan, diş pastası, corab kampaniyası ilə bir az da kəskinləşdirib, məktəbin üzərinə bu yükü qoyanların ünvanındakı zəncirvarilik ən başdakı halqanın kimliyini qeyri-müəyyən edir və bu səbəbdən suallar havada qalır.

Çünki müəllim göstərişi öz rəhbərindən, məktəb direktoru da təlimatı tabeçi instansiyadan alır; Nazirlik üzərində də bəlkə ayrı bir mötəbər əl hökmlülük daşıyır; Bəlkə də çevrə lap dardır-naməlum.
 

Beləcə qaranlıqdan kimsənin başı görünmür ki, xeyirxahlıq tədbirlərində niyə dövlət büdcəsini talan edənlərə, mövqeyi sayəsində biznes imperiyası quranlara deyil, iki uşağının təhsil xərclərini zorla çatdıran pul sıxıntılı  sosial ailələrə məktəb sferasında məcburi səxavətlilik rolunun verildiyini xəbər alasan. 
  

Yardımlaşmaq, paylaşmaq, kimisə sevindirməyi bacarmaq gözəl əxlaq, gözəl tərbiyə deməkdir.

 

Bunun məktəb müstəvisində nümunəsi gəncliyi yaxşı dəyərlərlə formalaşdıran əxlaqi qəlib yaradır. Lakin xeyirxahlıq aksiyası tam leqal və məqsədyönlü piar xarakterli aparılanda.

Kütləvi könüllü təşəbbüskarlıq pıçıltılı tənqid, təşkilatçıya ünvanlanan bəd dua, aşkaranə etiraz yaratmır. Verdiyin qərara mənən, maddiyən hazırsan, ona görə.

 

Sosial durumu zəif insanların yerinə, başqaları qərar verəndə, ailə büdcəsinə əllər uzananda, adı şəfqət olan missiya ikrah müstəvisinə gəlir, təşkilatçılara bəd dualar yönəlir və dediyimiz “qəlib” artıq gəncliyə də yaxşı istiqamət verə bilmir.

Çünki ünvanlı sosial yardım üçün dəridən-qabıqdan çıxan təbəqədən xeyirxahlıq, başqa ünvanlara maddi dəstək ummaq əməlli paradoks yaradır.  

 

İlin-günün bu vaxtında pul dərdi çəkən ailələri bayram xonçasına, məbləğı böyük olmasa da, bu missiya üçün toplanan vəsait kampaniyasına cəlb etmək şəfqət anlayışını çirkinləşdirməkdən başqa bir şey deyil.

Kasıbdan sponsor, xeyriyyəçi ola bilərmi! 

 

Cəmiyyətin günahlar içərisində itib-batan mədəni- ictimai oğruları öz günahlarını savabla yumalı olduğu halda, humanist təşəbbüslərdən kənarda qalsın, qarğış qazanmayan ehtiyaclı insan, sanki qüsurlarının əfvinə sığınmalıdır deyə, sədəqə versin, insanpərvər, əl tutan olsun, hansı günahları üçün?!       

 

Niyə xeyriyyə kampaniyasında bir məktəb, yaxud bir sinfə yardım ərzağı konkret kiloqramla, digərinə “Allah verən”lə, başqasına dəqiq pul məbləği ilə təyin edilir?

 

Bəs bu, ümummilli kampaniyaya müəllimin, direktorun, nazirin əmək haqqının  heç olmasa, bir faiz töhfəsi varmı?

 

Kim zəmanət verə bilər ki, sovqat ünvanına gedib çıxdığı kimi, pulun da məqsədi, adresi sovqata, qocalar evlərinə, yetimxanalara, hərbi hissələrə bağlıdır...       

 

Səfər Əbiyevdən sonra ordunun başına keçən gül kimi nazir-Zakir Həsənovun vaxtında orduya üzqırxan?!

Sadəcə gülməlidir!

Xarakterini, işindəki məsuliyyətini yetərincə isbat etmiş Zakir Həsənov öz cibindən əsgərə üzqırxan alar, amma qısa müddətdə zəhmət qoyduğu ordunun pozitiv imicini ucuz bir əşyanı dilənçilik psixologiyası ilə toplamaq kampaniyasına qurban verməz!

Bu kampaniyanın arxasında ondan savayı, yetərincə isim tapmaq mümkündür.   
  

Pakistanın,  İsrailin, Rusiyanın silah sənayesinin bahalı məhsullarını   alan ölkə ordusunun fiziki-maddi çəkisi olmayan üzqırxana, bir boz corabamı ehtiyacı var?!

Üstəlik, əsgər analarının yollarda qaldığını biliriksə,  mahiyyəti bir şey olmayan diş pastaları, diş şotkaları, corabların məktəblərdə hansı niyyətlə topladığının izinə düşmək lazımdır.

Pul yığılan yerlər təftiş zərurəti yaradır ki, bu pullar, vacib ləvazimatlar kimlərin maraq dairəsindədir.  

Bəlkə bu ləvazimatlar gizlicə satış masalarına yol alır!

Azərbaycanda rüşvət bir yana, qalmaqallı kasetlərlə imici ləkələnən, şəxsi hissləri ilə mənliyini bir qəpiklik edən o qədər məktəb direktoru gördük ki, çirkinləndirilmiş bu şəfqət aksiyasına görə şübhəli baxışlar onların da üzərində gəzir.

Yuxarıdan basılan xeyriyyəçilik düyməsi fərdi ciblər üçün bir fürsət yaradır. Kim bu kampaniyadan öz nəfinə nə qazandı-qazandı, - lap yol tikintisinə ayrılan dövlət vəsaitinə xain baxışların fürsətcilliyi kimi.   

Dövlət büdcəsi bu qədərmi kasadlaşdı, zənginlər bu qədərmi müflis oldu, bank borcları içində itib-batan, kirayə mənzillərdə çürüyən, iş yerlərini itirən, sosial cəhənnəmin ortasında, dəyərsiz pul kütləsinin əlində aciz qalan ailələr yetimlərə, qocalara, əsgərlərə sponsorluq etsin! Özünə umac ova bilməyən başqasının xəmirinin qulpundan necə yapışa bilər?!

Təhsilin başındakı mötəbər beş-on insanın öz cibindən etmədiyi yardım aksiyasına imkansız çevrə necə töhvə verə bilər?!

Bayram xonçası nədir ki, onu beş-on yetimxanaya, qocalar evinə nazirlik özü verə bilməsin?!

 

Amma bölüşəndə tox, bölünəndə yox olmaq hikmətini yaşatmağı bacaranlar sosial cənnətin başında yer alanlar deyil,  sosial cəhənnəmin ortasında inləyən insanlar oldu ki, təknəsindəkini bölüb, bu gözəl bayram günlərində özləri kimi qəlbi qırıqları  tox,  toplumun kasıb hissəsini bütöv etməyi bacardı.

Əgər o xonçalar mənzilinə çatdısa.

O pullardan yetimlər faydalandısa.

O corablar əsgərin ayağını qızdırdısa...     

Tanrı ruzunu ürəkliyə, səxavətliyə, dar məqamda bir tikəsini bölüşmək böyüklüyü olanlara versin!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06 Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!   24 İyun 2019, 18:02 Almaniyadakı iş adamı təkzib istəyir - “Yoxsa məhkəməyə verəcəm! 24 İyun 2019, 18:00 Ərdoğan 25 illik “eşqini” itirdi 24 İyun 2019, 18:00 Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb 24 İyun 2019, 17:35 Azərbaycan-Fransız Universitetinin 10 tələbəsi ilk 100-lükdə 24 İyun 2019, 17:29 “Prezidentin yanında işini bilən insanlar çalışmalıdır” - Eldar İbrahimov 24 İyun 2019, 17:20 “İrəli” gəncləri  Azərbaycanı beynəlxalq layihədə təmsil etdi 24 İyun 2019, 17:15 Almaniyada 2 qırıcı təyyarə toqqşudu 24 İyun 2019, 17:13 Manat və dolların sabahkı məzənnəsi 24 İyun 2019, 17:10 Bakıda iki küçədə tıxac yaranıb - AÇIQLAMA 24 İyun 2019, 17:06 Ağdaşın içməli su təchizatı yaxşılaşdırılır 24 İyun 2019, 17:04 Dilqəmlə Şahbazın işində yeni XƏBƏR 24 İyun 2019, 17:01 Polis mal-qara oğrularını tutdu 24 İyun 2019, 16:50 İƏT Gənclər Forumu xüsusi sessiya keçirib 24 İyun 2019, 16:37 “Koroğlu” körpüsündə intihara cəhd edən ana-bala qurtarıldı - YENİLƏNİB 24 İyun 2019, 16:35 Rusiyanın Ermənistandakı qoşunu döyüşə hazır vəziyyətə gətirildi 24 İyun 2019, 16:32 Azərbaycanda Cənubi Karolina Universitetinin diplomunu almaq mümkün olacaq 24 İyun 2019, 16:22 “Bizdən şantaj, böhtan yolu ilə layihə almaq olmaz” 24 İyun 2019, 16:19 Ermənistanda 60 tələbə və müəllim təxliyə olundu 24 İyun 2019, 16:12 İstanbul seçkiləri: Türkiyə yeni mübarizə dönəmində 24 İyun 2019, 16:11 Azay Quliyev QHT layihələrinin maliyyələşdirilməmə səbəblərini bəyan etdi 24 İyun 2019, 16:06 Vətəndaşların QHT layihələrinə verdiyi qiymətlər açıqlandı 24 İyun 2019, 15:42 İstanbul meri uğrunda səslərin 100%- i hesablandı 24 İyun 2019, 15:39 Çingiz Qənizadə:Əli Nağıyev Eldar Mahmudov kimi OBXSS işçisi deyil” 24 İyun 2019, 15:32 Azərbaycanda saytlara girişdə problem yarandı – Nazirlikdən AÇIQLAMA 24 İyun 2019, 15:31