3 May 2017, 12:42 | Ana Səhifə - Yazılar - Ədəb böhranı...yasaqları rituala necə çevirmək?
Ədəb böhranı...yasaqları rituala necə çevirmək?

Vəfa Allahverdiyeva  

Bir ölkədə ki, millət vəkillərinə ciddi-cəhdlə nəzakət anlayışı öyrədilir, etik çərçivə müəyyənləşdirilir, vulqar nitqin, kobud davranışın əvəzi üçün cəza formaları düşünülür, o ölkənin sadə toplumu, gör, nə gündədir!    

Toplum isə ədəb, rəftar estetikası sarıdan, həqiqətən də dəhşətli  bir xaos yaşayır.

Salam verib, salam almaq mədəniyyəti itən cəmiyyətin, yaşca böyük, istərsə də kiçik insanı  xoş qarşılayan ənənəvi sabit etiketləri ayaqlar altına alan ailənin, doğrudan da,  ciddi ədəb böhranı var və belə yerdə gələcək varislərə gözəl dəyərlər sistemi miras buraxmaq əsla mümkün deyildir.     

Cəmiyyətin tablosunda ədəb məhz belə bir acı şəklə düşüb.

Əslində etikası müzakirə olunan millət vəkili özü kimdir ki?!

O da sadə dediyimiz, əxlaq anarxiyasına məruz qalmış bu    cəmiyyətin içindən yuxarı mərtəbəyə yüksəlib.

Dayandığı yüksəlişə aid olduğu mühitin qusurlarını, istər-istəməz özü ilə bərabər daşıyır.

Yəni, söyüş söyən söyüşü mötəbər auditoriyaya gətirir. Kobud kobudluğunu gəlib çıxdığı sanballı dəhlizlərdə gizlətmək əvəzinə, ictimai rəyə açıq edir.

Yüksək pilləkən görən ucadan baxan gözü ilə alçaqdakını əzir. Fərqində deyil ki, ədəb səddini nə qədər aşır!

Belələri üçün ən gözəl yazılmış əxlaq kodeksi nə edə bilər ki?!

Toplumun tərbiyəvi məziyyətlərlə zəngin fərdi isə hara gedir-getsin, o yerdə özünü formalaşdığı, yetişdiyi gözəl etik üslubda təqdim edir.  Necə ki, sadə toplum arasında da,  millət vəkilləri içərisində də belələri az deyil.

Onları yazılmış əxlaq kodeksi gözəlləşdirmir ki!  

Parlament millət vəkillərinin etik kodeksini müzakirələrdən sonra qəbul etməyə hazırlaşır. Qanun məsuliyyət hissini gücləndirib, kobud davranışları buxovlamağı bacaracaq, yoxsa yox, yaşadıqca görəcəyik.

Amma nə millət vəkilləri gördük, leksikonu necə bərbad!

Xarakteri, avtobioqrafik təsviri etika anlayışına nə qədər zidd!

Ən güclü ictimai qınaq cəzası da öhdəsindən gəlmədi.

Ən sonda haralara sıçrayış etdi, hansı postları zəbt etməkdə bəxti gətirdi-bəlli.

Belə nümunələrdə yanlış bir örnək yaranırdı, fərqinə varan  olmadı.

Demək istədiyimiz bu ki, yasaq, qadağa, sərt cəza anlayışı ilə istər millət vəkilini, istər siravi vətəndaşı etikaya çağırmaq, ədəb-ərkan xaosundan çıxmaq effektiv metod kimi yaramır.

İşləməyən ölü qanunlar kimi kağız parçasından ibarət etik kodeksin  də insan üzərində hökümlülük gücü zəif qalmağa məhkum; o səbəbdən ki, insanın ruhunda hakim olmayan etikanı qorxu, cəza məfhumu ilə müvəqqəti yaratmaq olar, daimi yox.    

Təkcə deputatlarmı, jurnalistlərmi, müəllimlərmi-bəs bütöv toplum?

Toplumun özünün öz məni, şəxsi eqoları  ilə mübarizədə qazana biləcəyi etik kodeksə ciddi ehtiyac var.    

Yəni, əsas vurğu bu ki, bunun qanunlar formasında tətbiqi, kağız üzərində tələbkarlığı cəmiyyəti qüsursuz gözələ çevirmək potensialı daşımır.   

Fikir verdiksə, siqaretə qoyulan qadağa, evlilik proqramlarına yaradılan maneə ictimai müzakirələrdə hansı etirazlar, emosional təpkilər yaradır.

Məsələ burasındadır ki, zərərli vərdişlərdən qopmaq, qeyri-nümunəvi rəftardan uzaqlaşmaq, bir sözlə ədəb, tərbiyə bir kültür halına gəlməli, bir ritual səviyyəsində insan mənəviyyatının bir parçasını təşkil etməlidir.

Az.TV-də çalışan həmkarımızdan biri “televiziya mühitində uzun illərdir, heç kəs siqareti otağında yox, bayırda ayrılmış bir hücrədə çəkir” tərifi üzərinə şübhələr gətirmir; çünki başda oturanın nizam-intizam sevgisi, nümunəvi xarakteri ilə mədəniyyət ənənəsinin formalaşması mümkündür.

Demək ki, qanunun qadağalı hökmündən qabaq, siqaretin toz-dumanına ətrafı bulaşdırmamağın bir kültür halına gəldiyi auditoriyalar da var.

Türkiyədə ədəb baxımından, yəni, millətin min illik əxlaqı dəyərləri ilə toqquşan müasirliyin insanın mənəvi dünyasında açdığı fəsadlar nöqteyi-nəzərdən yasaqlanan evlilik proqramlarından, bizdə akademik Ramiz Mehdiyevin tənqidi bir yazısı ilə imtina edildi-sərt inzibati tədbirlər olmadan.

Yüksək mövqe sahibinin bir tutarlı məqaləsi bir qədər də ideoloji yol idi, millətə öz mədəniyyət sərhədlərində qalmağı, iki insanın bir ömür yolunda birləşməsi metodunun ən qədim ənənələrdə daha etibarlı olmasını başa salırdı.

Bir gün sürətlə dağılan ailələrin fundamental səbəblərində ailə dövlətinin zəifliyi qeyri-ənənəvi yollarla tanışlığı, sevgidəki mədəniyyət, kültür  aşınmasını  başlıca faktor kimi mütləq təqdim edəcəkdir...      

...Narkotik maddəni leqal satışa çıxaran Avropa cəmiyyəti açıq ticarətə qədər öz toplumunu zərərli, yanlış vərdişə hazırlamış, onu nəfsinin qulu olmaqdan çıxarıb, tərbiyəvi bir fərdə çevirmiş və buna fiziki güclə, təhqirlə, cəza ilə deyil, maarifçilik xətti, piarın yolu ilə müvəffəq olmuşdu.

Bizdə etikanı, tərbiyəni beyinlərdə rişələndirən hansı piar, hansı davamlı maarifçi fəaliyyət mövcuddur?

Kiçicik bir uşağın mükəmməl insan kimi yetişməsi ona öyrədilən etik qaydalarla, vərdişə çevrilən yaxşı xüsusiyyətlərlə  başlayır. Bir gün ona əlindəki zibili küçənin ortasına atmaq yolunu göstərərsənsə, yaşlandıqca beynində açılan həmin izlə yürüyəcəkdir. Cəmiyyət indi həmin o kiçicik uşaq kimidir. Yalnız nümunə verməklə, sağlamlaşa bilər.      
  

Yoxsa, qadağa öz üslubunca qıcıq doğuran, cəmiyyəti zəncirləyən, qəfəsə salan bir metod kimi toplumu acıqlı, hirsli vəziyyətə gətirir və onu təkrar əvvəlki vərdişlərinə, sahib olduğu etik tərzə meylləndirir.    
  

Lakin ədəb-ərkan, yüksək davranışlar ritulların, genetik faktorların, milli ənənələrin, dini istinadın hökmü, təsiri altında formalaşanda, bir mədəniyyət normasına çevriləndə,  bunun üçün məqsədyönlü piar ardıcıl ortada olanda,  nə millət vəkilləri üçün etik kodeksə ehtiyac qalır, nə cəmiyyətin etikasını nizamlayan qanun toplusuna; nə ədəb xəcaləti, nə axsaq tərbiyənin dilxorçuluğuna lüzum qalır.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Yel qayadan heç nə aparmaz 1 Avqust 2021, 18:33 “Yaponiyaya çempionluq üçün getmişdim” - Cüdoçumuz 1 Avqust 2021, 18:29 Özbəkistan latın əlifbasına keçdi     1 Avqust 2021, 18:19 Polisi döyən deputat üzr istədi: “Səhv etmişəm”   1 Avqust 2021, 17:53 Türkiyədə yanğında ölənlərin sayı artdı - FOTO   1 Avqust 2021, 17:51 Komitə sədri: “Parlament uğurla fəaliyyətini davam etdirir”   1 Avqust 2021, 17:50 FHN Marmarisdə yanğınların qarşısını aldı - VİDEO 1 Avqust 2021, 17:43 “Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov 1 Avqust 2021, 17:24 Milli Məclisin yenidən buraxılacağı iddiasına CAVAB   1 Avqust 2021, 17:07 “Yalanın həqiqət kimi təqdim olunması təəssüf doğurur” - Cavanşir Feyziyev      1 Avqust 2021, 17:03 Şevçenko millidən ayrıldı  1 Avqust 2021, 16:58 Peyvənd olunanların sayı açıqlandı 1 Avqust 2021, 16:49 Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü 1 Avqust 2021, 16:42 Xüsusi əməliyyat: Terrorçular məhv edildi 1 Avqust 2021, 16:36 8 toyda karantin qaydaları pozuldu 1 Avqust 2021, 16:33 “Jirinovski siyasi arenanı çayxana ilə səhv salıb” 1 Avqust 2021, 16:24 Ombudsman Türkiyəyə 100 fidan hədiyyə etdi 1 Avqust 2021, 16:08 Kəmər bölgəsində də meşə yanğınları başlayıb 1 Avqust 2021, 16:00 Şəhid zabitin anım günü qeyd edildi - FOTOLAR 1 Avqust 2021, 15:54 Türkiyə Yunanıstana nota verib   1 Avqust 2021, 15:45 Səfirlikdən Türkiyədəki azərbaycanlılara müraciət 1 Avqust 2021, 15:28 Muğlada yaşayış məntəqələrini alov bürüdü 1 Avqust 2021, 15:22 Ermənilər Xankəndini niyə TƏRK EDİR?    1 Avqust 2021, 15:03 İranda daha 366 nəfər koronavirusdan ölüb   1 Avqust 2021, 14:46 Egey dənizində zəlzələ şoku: 131 təkan qeydə alındı   1 Avqust 2021, 14:40 Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı 1 Avqust 2021, 14:29 Azər Kərimli: “Jirinovski  saxtakar və siyasi kloundur” 1 Avqust 2021, 14:25 Azərbaycan Rusiyaya nota verdi 1 Avqust 2021, 14:14  “Jirinovski belə siyasətçilərin ön sırasındadır” - Ramin Məmmədov 1 Avqust 2021, 14:00 Goranboyda 11 yaşlı uşaq oda düşdü 1 Avqust 2021, 14:00 Bodrumda yanğın yaşayış yerlərinə keçir 1 Avqust 2021, 13:49 FHN-nin növbəti qrupu Gürcüstandan Türkiyəyə gedir - VİDEO 1 Avqust 2021, 13:40 Ağstafada bədbəxt hadisə: Ustanı işlədiyi evdə "tok" vurdu 1 Avqust 2021, 13:34 Türkiyənin daha 3 bölgəsində yanğınlar nəzarətə alınıb 1 Avqust 2021, 13:25 Əfqanıstanda hava limanına üç raket atıldı 1 Avqust 2021, 13:18