2 İyun 2017, 12:35 | Ana Səhifə - Yazılar - Şou-biznes qeybətləri
Şou-biznes qeybətləri

Hidayət Elvüsal


Hə, olur, olur! Arabir yığışırlar, başlayırlar qeybətə. Elə o gün “toy toğlusu” kimi tanınan müğənni dedi:

- Eşitdiyimə görə Elza Seyidcahana düz bir il cəza veriblər.

- Yox, aa!

- Özü də çox ağır bir cəza! Düz altı ay müddətinə kitab oxumaq cəzasına məhkum edilib.

- Bəs qalan altı ayı?

- Altı ay da konservatoriyanın hazırlıq kursunda oxuyacaq.

- Dəhşət!

- Amma heç vecinə də almayıb. Deyib ki, ha-ha-ha mən professional bəstəkaram. Ha-ha-ha-ha həm də müğənniyəm. Ha-ha-ha-ha-ha, hələ desən ekstra vaqant bir xanımam. Təkcə priçoskam bütün şou-biznesə dəyər.

Sonra başqa biri deyib:

- Aaz o özünü soltan kimi, şahzadə kimi aparan var haa, sevgilisini təzələyib.

- Bəs deyirdi o oğlandan ayrılmaz?

- Ayrılıb də! Deyir köhnə yaram, təzə sevgilim olmasa ürəkdən oxuya bilmirəm.

Aygün Kazımova qəhqəhə çəkib:

- Boş şeydi! Görün mən neçəsini dəyişmişəm. Bütün kişilər eyni cürdü. Yəni rus demişkən - vse mujşini na odno litso!

- Aygün, baxma də, Namiq Qaraçuxurlu olmasaydı, o zaman gündəmdə qalmazdın. Sənin hansı kişidən nə vaxt, niyə, necə, nə məqsədlə istifadə etməkdə heyrətamiz bacarığın var.

- O düzdü. Yəni sənətini kiməsə deyil, kimlərisə sənətinə qurban versən, sənə diva deyərlər.

Rüfət Axundov ah çəkdi:

- Ehh, gidi dünya!

- Sənə noulub?

- O qədər arzularım var ki…

- Məsələn!

- Məsələn, istəyirəm ki, Faiq Ağayev kimi populyar, Akif İslamzadə kimi istedadlı olum.

- Həm də bir balaca səsin olsun, - deyə kimsə sataşdı.

- Kamran Həsənlinin səsi var bəyəm? Oxuyur ki…

- Oxumur! Deklamasiya deyir. O da sənin kimi - mahnını oxumur, danışır.

…Söhbət uzandıqca uzanır:

- Təzə xalq mahnısı eşitmişəm. Daha doğrusu ötən illərdən qalıb. Zümzümə eləyim?

- Eləmə!

- Niyə?

- Zöhrə Abdullayeva yenə başlayacaq ki, bu mahnı kirvəmizin bibisinə yazılıb. Görmürsən, əlinə mikrofon düşən kimi başlayır ki, bu mahnı xalama, o mahnı bibimə, o birisi də dayım arvadının anasına yazılıb. Bu mahnını eşitsə, lentə aldırıb deyəcək ki, məndən savayı heç kəs bilmirdi. Çünki, bu, elə özümə yazılıb.

- Aaz, o kişi var haa, oxuyanda ağlayan, ağlayanda oxuyan. Rusiyadakı bütün sünnət toyları ona baxır. Sonra da utanmaz-utanmaz çıxıb televizorda deyir ki, Permdə, İrkutskda, nə bilim harda qastrol səfərində idim. Bu boyda şeyin dalınca gedib, o boyda yalan danışır.

Danışırlar, danışarlar, qeybət eləyirlər, eləyirlər… və toyda necə oxuyurlarsa, ekranda da elə oxuyurlar. Yəni bunların ucbatından toyxana ilə TV-nin zərrəcə fərqi qalmayıb. Özü də nə oxuyurlar…

O zəhləmgetmiş qonşular isə bizim mahnılarımızı götürüb bütün dünyanı gəzirlər. Qastrol səfərlərinə baxırsan, dişin bağırsağını kəsir.

Amma bunlar, bu qədər sərvətin qoynunda… toydan, sünnətdən o yana gedə bilmirlər.

Gedə bilənlərin də yolunu kəsirlər. Buna görə də işləri-gücləri qeybət, qeybət, qeybət…

Sənət olmayan yerdə, yəqin elə qeybət olarmış…

Bəlkə elə bu səbəbdəndir ki, Teymur Əmrahın əlinə mikrofon düşən kimi ağlayır, sızlayır, inləyir, hələ bəzən ağı da deyir:

Xoruzun banı gəldi,

Həftədə 10-u gəldi.

Ağla, gözlərim, ağla,

Sənətin sonu gəldi… 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 18:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?