20 İyun 2017, 15:15 | Ana Səhifə - Yazılar - Vəli Xramçaylının sərgüzəştləri
Vəli Xramçaylının sərgüzəştləri

Hidayət Elvüsal

 


Və birdən fikirləşdim ki, son vaxtlar yazdıqlarımı da, bala-bala öz adlarına çıxanlar peyda olub. Bu səbəbdən də dedim, ey Dəli Ceyran, bu utanmazları utandırmaq üçün o kiçik miniatürləri bir yerə yığ, altına imzanı qoy. Yoxsa telekanallarda, konsertlərdə səslənən, göstərilən halal-hümmət yazıların kimi bunlar da yağmalanacaq. Odur ki, gündə 1 litr araq içən Vəli qağamdan yazdıqlarımı və bir neçə yazacaqlarımı yığıb-yığışdırdım.

Məsəlçün, yazmışdım ki, Aqil Abbası və Vəli Xramçaylını bir nəfər yazı-pozu fanatı kəndə qonaq çağırır. Üstəlik o boyda qələm adamlarını balaca oğluna sürpriz eləmək istəyir.

Dağ kəndi olduğundan maşın gedə bilmir və həmin adam bir at tapıb gətirir ki, sənətkarlar tərkləşib, kəndə getsinlər. Gedirlər!

Evə çatanda oğlu atasının qabağına yüyürür. Ata da şəstlə, fəxrlə, qürurla bir oğluna, bir də atdan düşən yazıçı Aqil Abbasa və şair Vəli Xramçaylıya baxır. Sonra uca səslə soruşur:

- Oğlum, tanıdınmı?

Uşaq tez dillənir:

- Tanıdım, ata! Mərdan əminin atıdır.

Kişi də, Aqil də, Vəli də… o söz…

Bu hələ harasıdır. Bir neçə gündən sonra qonaqlar geri qayıtmalı olurlar. Amma Mərdan kişinin atı tapılmır. Əlacsız qalıb bir eşşək gətirirlər və sənətkarları yola salırlar. Asfalt yola, yəni maşina yaxın yerə çatanda tez eşşəkdən düşürlər ki, görüb, eləyən olmasın. Aqil:

- Ə, tez ol, ə! Eşşəyi burax, özü qayıdacaq.

Vəli kövrəlir:

- Yox, bu, hörmətsizlik olar, - deyir.

Sonra heyvanın boynunu qucaqlayıb, o üzündən, bu üzündən öpür. Aqil Abbas çəmkirir:

- Ə, nağayrırsan?

Vəli Xramçaylı məzəmmətlə ona baxır:

- Ayə, ağlına başqa şey gəlməsin! Mən insanlığımı yerinə yetirirəm.

- Nə insanlıq, ə?

- Ayə qıvlasız, bizi kənddən bura qədər hörmətlə, izzətlə beşidə gətirib dana. İndi bu eşşəkdi qanmır. mənim adamlığıma noulub?

- …

Və Samirə Zeynalova adlı çox gözəl bir xanım dostumuz var. Kitabı da çıxıb.

Günlərin birində “Azərbaycan” nəşriyyatının yeməkxanasında oturmuşduq. Vəli qağam da boğazını yaşlayıb təzə şeirini oxuyurdu. Samirə çox təsirlənmişdi. Xeyli keçəndən sonra Vəliyə dedi:

- Şair, bugünkü konsertə iki biletim var. Nə deyirsən?

Vəli qağa tez dilləndi:

- Çox yaxşı, iki dəfə gedərsən dana!

- …

Bir neçə gündən sonra isə Vəli onu dəvət elədi. Özü də necə? Samirə xanıma dedi:

- A Samirə, sənə iki sualım var.

Samirə incimişdi və elə incik halda, başını qaldırmadan dilləndi:

- Eşidirəm.

- Birinci sualım budur ki, mənimlə kinoya gedirsənmi? İkinci sualım da belədir ki, niyə getmirsən?

- …

Və o gün Vəli Xramçaylı nə demişdisə, Samirə xanım içəri girib, hirslə soruşdu:

- O Vəli Vurançaylı hardadı?!

- Noulub ki?

- Ona kitab bağışlamışam, oxumadan, eləmədən aparıb bir şüşə arağa dəyişib.

Amma ürəyi yumşaqdır, Samirə xanımın. O gün pulunu itiribmiş. Çox axtarıb, tapa bilməyib. Gəldi nəşriyyata. Pulun aqibətini soruşdum:

- Tapa bilmədim, - dedi.

- Tapsan neynəyəcəksən?

Tərs-tərs üzümə baxdı:

- Müəllim, tapsam, Vəli Xramçaylıya iki litr araq alacam.

- Tapmasan?

- Tapmasam, iki qram zəhər!

Allah qorusun! Sən pulunu itirmisən, Vəli neynəsin? Amma Vəli, Samirə xanımın xətrini dünyalarca istəyir. Bilmirəm, siz də görmüsünüzmü? Samirə feyzbukda bir fotoşəkil paylaşıb. Yəni səyahət tədarükünə oxşayır. Yol çantaları, filan.

Bu gün Vəlini gördüm. Dilxor idi. Üz-gözündən hüzn yağırdı. Fikirləşdim ki, yəqin Samirə xanımın getməsinə dözə bilmir.

- Nə olub, şair?

- Ayə, hessat, qağa!

- Yenə də!

- Samirə getdi.

- Onun dərdindən…

- Ayə, qulaq as! Bir butulka su doldurmuşdum ki, arxasınca səpəm. Gedəni belə yola salmırlarmı ki, tez qayıtsın?

- Hə!

- Ayə, ta nə hə? Dünəndən bəri özümə gələ bilmirəm. Su olan butulkanı qoyub, bir litr arağı Samirənin arxasınca atmışam…

Görəsən gedənin arxasınca su yox, araq atanda nə olur?!

Salamatçılıq olar, inşallah! Elə o biri şair də yaxşı deyib:

- Saqi, boşaldı badəmiz, eşq ilə doldur da içək…

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Komandir - VİDEO 4 Dekabr 2020, 15:58 Türkiyədə rusiyalı jurnalistlər SAXLANILDI 4 Dekabr 2020, 15:57 Millət vəkilindən azad edilmiş ərazilərə dair maraqlı TƏKLİFLƏR 4 Dekabr 2020, 15:38 Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər  4 Dekabr 2020, 15:32 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! 4 Dekabr 2020, 15:15 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:10 “Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib” - Deputat 4 Dekabr 2020, 15:05 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?