Modern.az

Temperatur 7 dərəcə enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Temperatur 7 dərəcə enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Ölkə

19 İyun 2026, 16:24

Iyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi