2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü İsveçrənin Nyon şəhərində atılıb.
Modern.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə mübarizə aparacaq.
Turnirdə 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünüb. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.
Reqlamentə əsasən, qrup qalibləri və ən yaxşı nəticə göstərən 4 ikinci yer sahibi birbaşa elit raunda yüksələcək. Digər 8 qrup ikincisi isə pley-off mərhələsində mübarizə aparacaq. Pley-offun qalibi olan 4 komanda da elit raunda vəsiqə qazanacaq.
Beləliklə, Azərbaycan millisi dünya çempionatına vəsiqə uğrunda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq.