05İyul | Ana Səhifə - Yazılar - Zəhra gülləsi...
Zəhra gülləsi...

Məhsəti Şərif

Bir müddətdi heç nə yazmıram. Yazmaq istədiklərim olur, amma fikrimi dəyişirəm. Ölkədə baş verənləri xəbərlərdən, bir də sosial mediadan izləyirəm. Sosial mediada hikkəli atışmalardan ölkədəki ortamın halından xəbərdaram. Jurnalistlərin ev almaq üçün çıxardığı hoqqalar, ziyalıların şəhərli- kəndli ayrımı, hamının məhşur yazar olması, kitab çıxarma yarışı və s. Yazdıqca uzanacaq, heç bir agırlığı olmayan amma cəmiyyətin beynini oyalayan məsələlər... Bunlarla bağlı tək-tək yazmaq istədim susdum... Susdum çünkü yazacaqlarım bu insanların təfəkkürünü dəyişməyəcək. Media ərini qoyub sevgilisi ilə qaçan qadını günlərlə müzakrə edəcək səviyyəyə gəlib. Əslində qınamıram. "Əkmək parası" hayındadılar. Onlara izn verilən məsafəyə qədər hərəkət edir, o çizgini keçəcək qədər cəsarət göstərəni şox azdı...

...Amma bu gün susa bilmədim. Bir necə dəfə yazma, dedim özümə. Amma vicdanım dedi ki, sən öncə anasan... Bəlkə Zəhranı sən dünyaya gətirməmisən, amma 2 yaşlı körpənin savaş qurbanı olmasına susa bilməzsən. Balaca şəhid bu gün sənin də övladındır! Savaş başladığında bəlkə valideynlərinin belə, doğulmadığı bir qızcığaz bu gün şəhid olur...

Bu o qədər ağır bir yükdür ki... "Allah rəhmət eləsin" deyib keçilməyəcək qədər ağır. Bu yükü nə çiyində, nə vicdanda, nə namusda daşımaq olar. Böyüklərin iyrənc siyasətlərindən yaranmış, illərdir bitməyən bir savaşda Zəhra niyə şəhid olmalıdı? Biz şəhid, qazi, nədirsə o olub indiyədək bu savaşı bitirə bilməyib, 2 yaşlı günahsız körpəyəmi saxladıq bizə dəyəcək güllələri?

Bu şavaşı bitirmək üçün nə lazımdı? Güc? Azərbaycan güclü ölkədi! Ordu? Ordumuz da güclüdür! İqtisadi güc? İqtisadi gücümüz də var! Olmasaydı, bu qədər yarış, tədbirlər necə keçirilir... Keçirilməsə belə, hər zaman güclü iqtisadiyyatımızın olduğunu duyuruq! Siyasətmi? Siyasətimiz güclü deyilmi? Məncə güclüdür. Çünkü əksini heç bir zaman duymadıq. Zamanımı gəlmədi? Savaş başlayanda mən məktəbdə oxuyurdum. 13 yaşım vardı. İndi 40 yaşındayam, belə davam etsə, işğal olunan yurduma dönmədən öləcəm... Dönmədən ölənlər kimi... Məsələn, həmkarımız İmdad Əlizadənın atası Əli müəllim. Mən bir dəfə Laçının işğal tarixində  Şəhidlər  xiyabanını ziyarət edərkən ondan müsahibə almışdəm. Əli müəllim çox inanırdı yurdunu görmədən olməyəcəyinə... Amma bir həsrətli ürək dayandı... Bax beləcə köhnələr gedəcək, sira gələcək yenilərə, hətta savaşın nə oldugunu bilməyən Zəhralara... Düşmənin nə oldugu bilməyən körpə düşmən gülləsiylə şəhid olur.  

Bir-iki gün yazacağıq, sonra ağzımızdan vurcaqlar, susacağıq. Kimsə mənə "yox" deməsin. Mən 25 ildir, medianın "mətbəxində" nə bisdiyindən xəbərdaram. O cox güvəndiyimiz dünya da susacaq. Hay-küy salsaq belə susacaq. Çünkü öldürülən Zəhradı! Cerri, Meri deyil... Dünyadan ədalət gözləyəcək qədər saf da deyilik əslində. Xocalıda qətl edilən günahsız körpələr üçün səs çıxarmayan dünya Zəhra üçünmü ədalətli olacaq? Əsla! "Zəhranın atası deyib ki, "qızımın da anamın da qanını yerdə qoymayacam". Bir kişi üşün nə qədər agır dərddi. Həm anası, həm övladın məzara qoyur... Amma biz nə analar, bacılar məzara qoyduq. Əsirlikdən neçə anamız, bacımız keçdi... İllər də keçdi, torpaqlarımıza qovuşmadıq. Çocuq Mərcanlıda tikilən evlərlə fəxr etməyə başlamışdıq, düşmən beynimizə Zəhra gülləsi çaxdı... Beyninzdən vuruldunuz, hələ zamanı gözləyəcəksəniz, Zəhra şəhid olan kiçik vətəndaş olmayacaq...  Beşiklərinizi qoruyun....

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58