21İyul | Ana Səhifə - Yazılar - Dövlət başçısının lütfkarlığı söz adamlarında dərin minnətdarlıq yaradır
Dövlət başçısının lütfkarlığı söz adamlarında dərin minnətdarlıq yaradır

Akif Cabbarlı,
İctimai Teleradionun əməkdaşı

 

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş növbəti 255 mənzilli yeni yaşayış binasının açılışı münasibəti ilə keçirilən mərasim ölkə başçısının azad sözə, yaradıcı əməyə, jurnalist fəaliyyətinə verdiyi yüksək qiymətin daha bir nümunəsi kimi yaddaşlara köçdü. Bibiheybət qəsəbəsində, Yeni Salyan yolunun üstündə son illərdə salınan jurnalistlər məhəlləsinə toplaşan media nümayəndələrinin çöhrəsindəki sonsuz sevinc hissi, bu adamların dövlətimizə, ölkə başçısına yönəlmiş minnətdarlıq duyğuları misilsiz bir məmnunluq mənzərəsi yaradırdı.


Uzun illər kütləvi informasiya vasitələrində çalışan, necə deyərlər, çörəyini ictimai qayəli sözdən çıxaran, bütün varlığı ilə dövlətçiliyə, xalqın köklü maraqlarına bağlı olan, ictimai fikrin, milli düşüncənin keşikçiləri sayılan, ölkə əhalisinin informasiya təminatının şərəfli və məsul yükünün ağırlığını çəkən qələm adamları bu tarixi günün mahiyyətini və önəmini həmin dəqiqələrdə gözəl anlayır, məmnunluqla dəyərləndirirdilər. Çünki dövlət rəhbərinin dediyi kimi, çox da yüksək olmayan qazancları ilə ayrıca mənzil əldə etməyə imkanları olmayan gərəkli peşə sahiblərinin sosial şəraitinin yaxşılaşdırılmasının dövlətin prioritetləri sırasına daxil edilməsi dünyada analoqu olmayan ali bir məramdır. Azərbaycan Prezidentinin növbəti humanist addımı - bir sərəncamla daha 255 jurnalist ailəsinə rahat, geniş mənzillər hədiyyə etməsi böyük qədirbilənlik aksiyasıdır.  Bu, həm də bir çox mütərəqqi göstəriciləri ilə öndə gedən ölkələrdə belə nümunəsi olmayan lütfkarlıqdır.


Açılış mərasimində hamı sevinc içərisində idi. Hamıdan artıq şad olan isə dövlətimizin başçısı möhtərəm İlham Əliyevin özü  idi. Cənab Prezident jurnalistlər üçün tikdirdiyi ikinci binanın sakinlərinin xoşbəxt çöhrələrini seyr etdikcə öyünclü və məğrur görünürdü. Jurnalistlərin dostu adını daşımaqdan böyük məmnunluq duyan ölkə rəhbəri İlham Əliyev onları istəklərinə çatması münasibətilə səmimi təbrik etdikdən sonra, öz ənənəsinə sadiq qalaraq, üçüncü binanın da özülünü qoymaqla mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan həmkarlarımızın yeni dəstəsinə də gerçək ümid, gözlənilən bir sevinc bəxş etdi. Müharibə şəraitində olan, 1 milyon qaçqın və məcburi köçkünün ağır yükünü öz imkanları ilə daşıyan bir ölkədə jurnalistlər üçün ayrıca binalar tikilməsi və onlara yüzlərlə mənzil hədiyyə edilməsi, geniş mənada, dostlarımızı sevindirən, düşmənlərimizi məyus edən önəmli hadisədir.

Prezident İlham Əliyevin mərasimdə söylədiyi nitqin gələcək fəaliyyətimiz üçün mühüm platforma olduğunu dərindən başa düşən həmkarlarımız Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında, ölkənin sosial-iqtisadi inkişafının, müdafiə qüdrətinin artırılmasını şərtləndirən uğurların və problemlərin hərtərəfli işıqlandırılmasında bundan sonra daha həvəslə, yeni bir vətəndaşlıq borcu ilə öz yaradıcı səylərini artıracaqlar. Mərasimdə  mənim və həmkarlarımın gəldiyimiz  qənaət məhz bu oldu.

Yeni mənzil alanlardan biri kimi mən də çoxillik fəaliyyətimə verilən yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə Qarabağdan məcburi köçkün kürəkənimizlə bir yerdə yaşayan ailəmiz adından dərin təşəkkürümü bildirirəm. Dövlətimizin başçısını əmin edirəm ki, bundan sonra da xalqımızın ümdə maraqları uğrunda yazıb-yaradacaq, məişət şəraitimin yaxşılaşmasından yaranan əlavə güc və düşüncəmi də dövlətimizə xidmətə həsr edəcəyəm.


Mənzil alan həmkarlarımı isə ürəkdən təbrik edirəm və haqqı olan hər bir namuslu, fədakar qələm sahibinə də bu nadir sevinci yaşamağı arzulayıram.

 

"Transfer axtarışındayıq" - Qurban Qurbanov  25 Avqust 2019, 23:39 Azərbaycanlı zəvvarların sonuncu qrupu vətənə döndü 25 Avqust 2019, 23:17 "Qarabağ"dan daha bir qələbə 25 Avqust 2019, 22:59 İmamoğlundan Ərdoğana cavab - VİDEO 25 Avqust 2019, 22:44 Baş redaktor özünə ikinci dəfə toy etdi 25 Avqust 2019, 22:19 Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məğlub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00